Puyol uğurla əməliyyat olunub
"Barselona"nın kapitanı Karles Puyol əməliyyat olunub. Sağ dizindən zədələnən futbolçu 35 dəqiqə bıçaq altında qalıb. Uğurlu əməliyyat keçirən ispan müdafiəçinin 1 aydan sonra yaşıl meydanlara dönəcəyi bildirilib.

Qeyd edək ki, Puyol bundan əvvəl də eyni dizindən iki dəfə cərrahiyyə əməliyyatı keçirib.

Xəbər 1195 dəfə oxundu.