Vüqar Əsgərov "Sumqayıt"da
«Sumqayıt» ikinci transferini reallaşdırmaq üzrədi. Gənclik şəhəri təmsilçisi Vurğun Hüseynovun ardınca Vüqar Əsgərovu heyətinə qatır.

Qeyd edək ki, 2011-ci ildə MOİK-dən Latviyanın «Metallurq» klubuna keçən Vüqar indiyədək 31 oyun keçirib və 6 qol vurub. 8 turu arxada qalan cəri mövsümdə isə o, 7 oyuna çıxıb və 444 dəqiqə oynayaraq 1 qola imza atıb. Berti Foqts Vüqarı bir neçə dəfə yığmaya dəvət edib.

Xəbər 969 dəfə oxundu.