Əfsanəvi futbolçu oğlu ilə eyni komandada
İsveç futbolunun canlı əfsanəsi, bir vaxtlar “Barselona”da da oynayan Henrik Larsson yenidən yaşıl meydana qayıdıb.

2009-cu ikdə futbolçu karyerasını başa vurduğunu elan edən Larsson İsveçin dördüncü liqasında mübarizə aparan "Xöqaborq" klubunun forması ilə oyuna çıxıb. Bununla da o, 16 yaşlı oğlu ilə eyni komandada forma geymək istəyini gerçəkləşdirib. O, matçın 82-ci dəqiqəsində oyuna daxil olub.

Qeyd edək ki, 41 yaşlı Larsson daha çox Şotlandiya "Seltik"indəki oyunu ilə yadda qalıb. O, bu komandada yeddi il ərzində 221 matçda 174 qol vurub. 2004-ci ildə isə "Barselona"da transfer olunan oyunçu iki il Kataloniya klubun formasını geyib. Larrson futbolçu karyerasını "Mançester Yuanyted"də başa vurub.

Xəbər 999 dəfə oxundu.