"Qalatasaray" Burak Yılmaza qiymət qoydu
"Qalatasaray" Burak Yılmazın transferi ilə bağlı növbəti təklifi rədd edib. Madrid təmsilçisi təcrübəli forvarda görə "Cim-Bom"a 25 milyon avro təklif etsə də, istəyinə çata bilməyib. "Qalatasaray"ın prezidenti Ünal Aysal isə bildirib ki, Burak Yılmazla yalnız 40 milyon avro qarşılığında vidalaşa bilərlər.

Qeyd edək ki, son mövsümdə Superliqada 30 matça çıxan 24 qol vuran Burak Yılmaz həm də "Cim-Bom"un Çempionlar Liqasında 1/4 finala kimi irəliləməsində böyük rol oynayıb. Onun "Qalatasaray"la müqaviləsi 2016-cı ilin iyununda bitir.

Xəbər 922 dəfə oxundu.