“Beşiktaş” qalib oldu
Bakıdakı “Şəfa” stadionunda 14 yaşadək futbol komandaları arasında ikinci dəfə təşkil olunmuş Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda (İBA CUP) beynəlxalq turnir davam edir.

Turnirin üçüncü turu çərçivəsində növbəti oyun keçirilib. Türkiyənin “Beşiktaş” komandası Almaniyanın “Ayntraxt” kollektivi ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda “Beşiktaş” komandası 3:1 hesabı ilə qalib gəlib.

Üç matçdan 9 xal toplayan İspaniya təmsilçisi qrup mərhələsini lider kimi başa vurub.

Turnirdə “İnter” (Bakı), “Karpatı” (Ukrayna), “Beşiktaş” (Türkiyə), “Yurqorden” (İsveç), “Vilyarreal” (İspaniya), “Dinamo” (Tbilisi, Gürcüstan), “Partizan” (Serbiya) və “Ayntraxt” (Almaniya) kollektivləri mübarizə aparır.

Xəbər 889 dəfə oxundu.