Yığmamız Avstriyaya yola düşüb
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Bakının “Neftçi” futbol komandası bu gün təlim-məşq toplanışı keçmək məqsədilə “Neftçi” futbol komandası Avstriyaya yola düşüb.

Baş məşqçi Böyükağa Hacıyevin yetirmələri bu gün axşam saatlarında sözügedən ölkədə ilk məşqinə çıxacaqlar.

“Neftçi” komandası Avstriyada 5 yoxlama oyunu keçirəcək. “Neftçi”nin “Slavia” (Çexiya) və “Vaslui” (Rumıniya) klublarından sonra daha iki rəqibi müəyyənləşib. Bakı təmsilçisi Avstriyadakı ilk görüşündə Rusiya Premyer Liqasında mübarizə aparan “Volqa” kollektivi ilə qarşılaşacaq. Bu oyunun iyunun 27-də keçirilməsi nəzərdə tutulub. “Volqa” ilə oyundan sonra “Neftçi” digər Premyer Liqa təmsilçisi “Rubin”lə üz-üzə gəlməsi gözlənilir.

Xəbər 765 dəfə oxundu.