Universiadaya gedəcək cüdoçular müəyyənləşib
İyulun 6-da Kazanda start götürəcək Dünya universiadasında çıxış edəcək cüdo üzrə Azərbaycan yığmasının heyəti müəyyənləşib.

Tatarıstan paytaxtına Vüqar Şirinli (60 kq), Tərlan Kərimov (66 kq), Orxan Dünyamalıyev (73 kq), Məmmədəli Mehdiyev (81 kq), Sain Məmmədov (90 kq), Səbuhi İbrahimov (100 kq) və Emil Tahirov (+100 kq) gedəcəklər.


Xəbər 1223 dəfə oxundu.