"Qəbələ"nin ən yaxşıları mükafatlandırılıb
"Qəbələ" Futbol Akademiyası 2012-2013 mövsümün yekunları və futbol ilinin ən yaxşılarının mükafatlandırılması məqsədilə tədbir təşkil edib. Qəbələnin səfalı məkanlarından birində təşkil olunan tədbir akademiya rəhbərliyi, futbolçu, məşqçi və inzibati heyətinin iştirakı ilə baş tutub. Mərasimdə mükafatlandırma ilə yanaşı, futbolçuların iştirakı ilə əyləncəli oyunlar keçirilib, süfrə açılıb. Yekunda isə bütün yaş qrupları üzrə ilin ən yaxşı futbolçuları mükafatlandırılıblar.

2012-2013 mövsümünün ən yaxşıları:

U-17: İbrahim Aslanlı

U-16: Roman Hüseynov

U-15: Baxşəli Baxşəliyev

U-14: Tural Əjdərli

U-13: Nizami Səmədov

U-12: İdris İnqilablı

U-11: Veysəl Rzayev

U-10: Kənan Qaragözov

U-9: Rüfət Bədəlzadə

Xəbər 966 dəfə oxundu.