İngilis və alman qonaqlar Tofiq Bəhramovu yad etdilər
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün ölkəmizə gəlmiş qonaqlar arasında ingiltərəli futbol veteranı Ceff Herst və almaniyalı futbol veteranı Hans Tilkovski də var. Hər iki veteran futbolçu bu gün Respublika stadionunun qarşısında Tofiq Bəhramovun abidəsini ziyarət edib, mərhum hakimin ailə üzvləri ilə xatirə şəkli çəkdiriblər.
Xatırladaq ki, 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə yığmasının vurduğu və məhz Tofiq Bəhramovun oyunun baş hakiminə işarəsindən sonra hesaba alınmış qolun müəllifi Ceff Herst olub. Həmin oyunda Almaniya millisinin qapısını isə Hans Tilkovski qoruyub.

Xəbər 953 dəfə oxundu.