Dünya çempionumuz ailə həyatı qurur
Boks üzrə dünya və Avropa çempionu, London olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov 27 yaşında subaylığın daşını atır. Milli komandamızın üzvünün toyu iyunun 22-də Dağıstanın Kaspiysk şəhərində keçiriləcək.

Toy məclisində Azərbaycan Boks Federasiyasının (ABF) rəhbərliyi, eləcə də yığma komandamızın üzvləri də iştirak edəcəklər. ABF kollektivi və idman.com.az saytı Məcidovu təbrik edir, ona gələcək ailə həyatında uğurlar arzulayırıq.

Xəbər 1155 dəfə oxundu.