Samuxda rayon kubok yarışı keçirilib
3-13 iyun tarixlərdə Milli qurtuluş günü münasibəti ilə bələdiyyə komandaları arasında futbol üzrə Samux rayon kubok yarışı keçirilib.

Ağasıbəyli kənd stadionunda Azərbaycan Futbol Federasiyası Assosiyasiyasının hakimləri tərəfindən idarə edilən yarışda rayonun kənd və qəsəbələrindən 8 komanda mübarizə aparıblar.

Final oyunu İyunun 13-də Aşağı Ağasıbəyli komandası və Zazalı komandaları arasında keçirilib. 3:1 hesabı ilə qalib gələn Ağasıbəyli komandası rayon rəhbərliyi tərəfindən diplom, medal və kubokla təltif ediliblər.

Final oyunu regional kəpəz TV və AzTV kanallları tərəfindən işıqlandırılıb.

Xəbər 1322 dəfə oxundu.