Türkiyədə azərbaycanlı futbolçularla bağlı qərar verildi
Türkiyə Futbol Federasiyası (TFF) legionerlərlə bağlı yeni qərar qəbul edib.

TFF aşağı liqada çıxış edən komandaların heyətində azərbaycanlı futbolçularla bağlı güzəşti qüvvədə saxlayıb.

Yeni mövsümdən hər bir klub Azərbaycanla yanaşı, Özbəkistandan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan kimi türkdilli ölkələrdən iki futbolçunu heyətinə qata biləcək. Yeni qaydaya əsasən komandalar bu iki güzəştli futbolçu ilə bərabər daha 3 legioner oyunçunu transfer etmək hüququ qazanıblar.

Qeyd edək ki, Türkiyə aşağı liqasında mübarizə aparan "Dənizlispor"un heyətində azərbaycanlı futbolçulardan Rail Məlikov və Arif İsayev çıxış edirlər. Millimizin hücumçusu Branimir Subaşiç isə yeni mövsümdən "Orduspor"un şərəfini qoruyacaq.

Xəbər 814 dəfə oxundu.