"Rubin" Ruslan Abışovsuz qələbə qazandı
Azərbaycan millisinin üzvü Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın "Rubin" (Kazan) klubu Avstriya təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib.

Kazan təmsilçisi bu dəfə Slovakiyanın "Spartak" klubu ilə qarşılaşıb.

Ruslanın iştirak etmədiyi görüş 3:1 hesabı ilə "Rubin"in xeyrinə başa çatıb. "Rubin"in qollarına A.Kasayev (7), Dyadyun (39) və V.Orazsahedov (82-pen) imza atıblar.

Qeyd edək ki, "Rubin" növbəti görüşünü iyunun 22-də Rumıniyanın "Styaua" klubuna qarşı keçirəcək. R.Abışovun bu oyunda iştirak edəcəyi gözlənilir.

Xəbər 850 dəfə oxundu.