«II İBA Cup»: 3-cü turun təqvimi
14 yaşadək futbolçular arasında Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda «II İBA Cup» beynəlxalq futbol turniri davam edir.

Üçüncü oyun günündə qrupp mərhələsində son turun oyunları keçiriləcək.

A qrupunda ilk iki oyununda qələbə qazanan «Beşiktaş»la «Ayntraxt»la (Frankfurt) qarşılaşacaq. Digər oyunda isə hər iki oyununu uduzan «İnter»lə «Karpatı» üz-üzə gələcək.

B qrupunda isə «Partizan» «Dinamo»nu (Tiflis), «Vilyarreal» isə «Yurqorden»u sınağa çəkəcək.

A qrupu
19.00 Beşiktaş (Türkiyə) – Ayntraxt (Almaniya)
20.30 Karpatı (Ukrayna) – İnter (Azərbaycan)

B qrupu
09.30 Partizan (Serbiya) – Dinamo (Gürcüstan)
11.00 Vilyarreal (İspaniya) – Yurqorden (İsveç)

Xəbər 892 dəfə oxundu.