“Xəzər Lənkəran” ölkədən getdi
Yay fasiləsindəki istirahətini yekunlaşdıran “Xəzər Lənkəran” dünən Bakıda bir araya gəlib. Dünən axşam 22:00-da paytaxtın “Modern” otelində toplanan cənublular saat 00:00-da oteli tərk edərək Binə hava limanına yollanıb.

Gecə saat 04:55-də Binə aeroportundanTK 339-reysi ilə havaya qalxacaq Boeing 737-400 təyyarəsi ilə İstanbula uçan “ağ-yaşıllar” oradan da gündüz saatlarında Almaniyanın Münhen şəhərinə yollanacaq. “Xəzər Lənkəran” bu gün günün ikinci yarısında Münhen aeroportundan Misbah şəhərciyinə qədər olan 60 km-lik yolu avtobusla qət edəcək.

Lənkəranlılar təlim-məşq toplantısında Misbah şəhərciyinin “Best Western Premier Bayerischer Hof Miesbach” otelində məkunlaşacaq.

Qeyd edək ki, cənublular ölkəmizi təmsil edəcəyi Avropa Liqasında ilk oyununu iyulun 4-də keçirəcək.

Xəbər 1013 dəfə oxundu.