Tripl Lebron seriyada hesabı bərabərləşdirdi.
Milli Basketbol Assosasiyasında final seriyasının 3-cü qarşılaşması keçirilib. Mayamidə Amerikan Eyrlen Senterdə baş tutan görüşdə meydan sahibləri qələbə qazanıblar. Oyunun əsas vaxtı 95-95 hesabı ilə başa çatıb. Əlavə hissədə isə Mayami San Antonionu üstələyə bilib.(103-100) Qalib komandanın heyətində yenə də Lebron Ceyms parlaq oyun nümayiş etdirib. O 32 xaldan əlavə 10 ribaund və 11 asistlə qələbəyə töhfəsini verib. Məğlub komandada Tim Dankan 30 xal qazanıb və 17 ribaund edib.

Qeyd edək ki, həlledici 7-ci qarşılaşma iyunun 21-də Mayamidə keçiriləcək.

Xəbər 929 dəfə oxundu.