"İnter"dən Avstriya klubuna 8 cavabsız qol
Məlum olduğu kimi, "İnter" Avstriyadakı təlim-məşq toplanışını davam etdirir.

İdman.com.az-ın klubun saytına isitnadən yaydığı xəbərə görə, dünən komanda toplanış çərçivəsində ilk yoxlma görüşünə çıxıb. Avstriyanın "SV İnnsbruk" komandasıyla üz-üzə gələn "İnter" rəqibin qapısına 8 cavabsız top keçirib. Komandanın heyətində Mirsahib Abbasov "het-trik" edib, Asif Məmmədov, Vaqif Cavadov, Coşqun Diniyev, Abdulla Abatsiyev və Arif Daşdəmirov isə hərəyə 1 qola imza atıblar.

Qeyd edək ki, ayın 22-də "İnter" növbəti yoxlama görüşündə qüvvəsini sınayacaq.

Xəbər 953 dəfə oxundu.