Almaniyada iki dünya çempionu öldü
Almaniya futbolu iki böyük itki ilə üzləşib. Şənbə günü axşam və bazar gününü səhərisi ölkə futbol ictimaiyyəti acı xəbərlər alıb. İdman.com.az saytı xəbər verir ki, ömrünün 89-cu ilində əfsanəvi Frits Valterin qardaşı Ottmar Valter dünyasını dəyişib.

Qardaşlar 1954-cü ildə İsveçrədə keçirilmiş dünya çempionatının qalibi olmuşdular. Ottmar Kayzerslauterndə qocalar evində vəfat edib. Daha bir dünyasını dəyişən dünya çempionu isə Hayns Floxedi.

O, axşam 8 radələrində yuxuya gedib bazar günü səhər artıq oyanmayıb. Floxe 1974-cü ildə vətənində keçirilmiş mundialda dünya çempionu olmuşdu.

Xəbər 1151 dəfə oxundu.