Trabzonda Kolman böhranı
«Trabzonspor» argentinalı futbolçusu Qustavo Kolman, özünə klub axtarır. İdman.com.az saytı xəbər verir ki, Komandaya dönmək istəməyən təcrübəli oyunçunun bu tutumu, texniki heyətin reaksiyasını çəkib. Baş məşqçi Mustafa Reşit Akçay «Səni komandamda görmək istəyirəm», deyərək axtardığı argentinalı futbolçudan gözlədiyi cavabı ala bilmədi.

Akçaya göstərdiyi marağa görə təşəkkür edən Kolman, «Bu anda bir neçə təklif var. Hələ qəti qərarımı vermədim. Bir az müddət istəyirəm» deyib. Başda «Beşiktaş» olmaqla bir çox klubun yaxından təqib etdiyi Kolmanın dəyərini yüksək tutan rəhbərlik, oyunçunun bu vəziyyətinə reaksiya verib. Kolmanın iyunun 27-də başlayacaq təlim-məşqlərə qədər özünə komanda tapa bilməməsi halında geri dönməsi gözlənilir.

«Trabzonspor»dan ayrılacağı istiqamətində xəbərlər çıxan qapıçı Onur Kıvrak isə bu iddiaları qəti sürətdə yalanladı. Komandada çox xoşbəxt olduğunu deyən Onur «Gələcək mövsümdə də bu qapını qorumağa davam edəcəyəm. Tolqa Ağabeylə aramızda heç bir problem yoxdu. Mənim üzərimdən çıxan fərziyyələrə tərəfdarlarımız əsla inanmasınlar.

«Trabzonspor» mənə çox şey verib və mən də ona çox şey vermək istəyirəm. Avropaya getmək istəyirəm və bu olmadığı müddətdə Trabzonda qalacağam» söyləyib.

Xəbər 1053 dəfə oxundu.