Ağdamda açıq raypn birinciliyi keçirilib
İyunun 14-də Ağdam rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Quzanlı qəsəbəsində Ağdam Olimpiya İdman Kompleksində 15 iyun “Milli qurtuluş günü” münasibətilə yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib.

Birinciliyin keçirilməsində məqsəd 15 iyun “Milli qurtuluş günü”nün idmançılar arasında təntənəli təbliği, sərbəst güləş üzrə idmançıların fiziki və texniki hazırlıqlarına baxış, digər rayon (şəhər) idmançıları ilə dostluq əlaqələri yaratmaq, habelə yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaqdan ibarət olub.

Olimpiya sistemi üzrə keçirilən birincilikdə yerli idmançılarla bərabər, Bərdə, Yevlax və Beyləqan idmançıları da iştirak edib.

Sonda qaliblər idarə tərəfindən müvafiq olaraq diplom, medal və xatirə hədiyyələrilə mükafatlandırılıblar.

Xəbər 829 dəfə oxundu.