Suarez millidə 33-cü qoluna imza atdı
Konfederasiyalar Kubokunda İspaniyaya qarşı baş tutan matçda (1:2) komandasının yeganə qoluna imza atan Luis Suarez millidə 33-cü qolunu vurub. Bu nəticə ilə "Liverpul"un hücumçusu Uruqvay millisinin tarixində ən yaxşı bombardir olan Dieqo Forlana çatıb.

Qeyd edək ki, bu nəticəyə imza atmaq üçün Suarezə 65, Forlana isə 99 oyun lazım gəlib.

Xəbər 857 dəfə oxundu.