Haluk Ulusoy türk futbolunun hazırkı vəziyyətini tənqid etdi
Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Haluk Ulusoy yerli futbolda yaranan nüansları dəyərləndirib. O, türk futbolunun hazırkı durumunu tənqid edib.

Ulusoy həmçinin Azərbaycan haqda da fikirlər səsləndirib: “Heç kim hazırda Türkiyə futbolunda işlərin yaxşı getdiyini deyə bilməz. Milli komandadan bəhs etməyə belə dəyməz. Onsuz da çəkişmələrin nəticəsində Türkiyə çempionatı iki klubdan ibarət olan bir liqaya çevrilib. Heç bir ölkədə bizim futbola maraq qalmayıb. Heç qardaş Azərbaycanda da Superliqanın oyunlarını yayımlamırlar. Türkiyə futbolu elə vəziyyətə gəlib ki, Superkubokun oyununu heç Azərbaycan da qəbul etməyib”.

Xəbər 712 dəfə oxundu.