Xarkov təlim-məşq toplanışına yollanacaq
Xarkov "Metallist"i iyulun 1-də Avstriyaya təlim-məşq toplanışına yollanacaq. Komanda orada bir neçə yoxlama görüşü keçirəcək. "Metallist" əvvəlcə Belqrad "Partizan"ı ilə qarşılaşacaq. Daha sonra isə iyulun 6-da "Metallist" "Lokomotiv"i, 4 gün sonra isə "Rubin"i sınağa çəkəcək.

Xatırladaq ki, millimizin müdafiəçisi Ruslan Abışov "Rubin"in heyətində çıxış edir.

Xəbər 1497 dəfə oxundu.