Beyləqanda inşa olunan şahmat məktəbinin son tamamlama işləri
Beyləqan şəhərində inşa olunan şahmat məktəbində son tamamlama işləri aparılır.

Əlavə məlumat üçün bildirək ki, 1600 kvadratmetr ərazini əhatə edəcək məktəbin ümumi tikinti sahəsi 520 kvadratmetrdir. İkimərtəbəli şahmat məktəb 3 sinif otağı, müəllimlər otağı, xidməti otaqlar, konfrans və yarış zallarından ibarətdir. Məktəb idmançıların şahmatın sirlərinə yiyələnmələri üçün lazımi avadanlıq və sürətli internetlə təmin ediləcəkdir. Məktəbin həyətində abadlıq işləri aparılır, ağac və gül kolları əkilir.

Binanın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

Xəbər 1205 dəfə oxundu.