“Fənərbaxça”nın yeni transferi
“Fənərbaxça” yeni transferini açıqlayıb. İstanbul klubu Samuel Tobias Holmenlə anlaşdığını bildirib.

Əlavə edək ki, 2010-cu ildə “İstanbul BB”-yə transfer olan Holmen, İsveç millisinin də formasını geyir. 28 yaşlı yarımmüdafəçinin “İstanbul BB”-lə müqavilə müddəti bu yay başa çatıb. Buna görə “sarı-lacivərtlər” heç bir transfer pulu ödəməyəcək.

Xəbər 885 dəfə oxundu.