Aureliyen Şedju artıq İstanbudadır
“Qalatasaray”ın “Lill”dən transfer etdiyi Aureliyen Şedju artıq İstanbula gəlib.

Müdafiəçi önəmli bir yerə gəldiyini bildirib. Hava limanında klub bazasına gedən Şedju bunları dilə gətirib: “İndi gəldim. Necə əhəmiyyətli bir yerə gəldiyimi gördüm. Klubun bazası da çox gözəldi. Azarkeşlərin də mükəmməl olduqlarını bilirəm. Məndən nə vaxt gələcəyimi soruşurdular”.

“GS TV”yə danışan futbolçu Fatih Terimdən də söz açıb: “Cari mövsümdə gözəl uğur qazandı. Terimin dünyada hörmətlə tanınan məşqçilərdən olduğunu bilirəm. Mənə olan inamı boşa çıxarmamaq üçün əlimdən gələni edəcəm”.

Xəbər 1035 dəfə oxundu.