«Xəzər Lənkəran»dan daha bir transfer
Azərbaycanı Avropa Liqasında təmsil edəcək «Xəzər Lənkəran» daha bir transferi həyata keçirmək üzrədi. Cənub klubu milli komandamızın üzvü Pərdis Fərcad-Azad məsələsində «Sumqayıt»la böyük ölçüdə razılığa gəlib.
Əgər ciddi bir şey baş verməsə, Pərdis növbəti mövsümü məhz «Xəzər Lənkəran»da keçirəcək. Artıq danışıqlar son mərhələdədi. 25 yaşlı yarımmüdafiəçinin Lənkəran klubu ilə Almaniyaya getməsində hər hansı bir ciddi problemin olacağı gözlənilmir.

Qeyd edək ki, «Xəzər Lənkəran» bundan əvvəl Junior Nildo, Zohair Benouahi, Rasim Ramaldanov və Nikola Qliqorovu transfer edib.

Xəbər 722 dəfə oxundu.