Tiaqo klubunu dəyişə bilər
Barselonanın yarımmüdafiəçisi Tiaqo Alkantara bu yay klubunu dəyişmək fikrindədir.

O, bunu inkişaf etmək üçün vacib addım sayır. İspaniya yığmasından kənar qalmamaq üçün əsas heyətə düşə biləcək bir komandaya yollanmaq niyyətində olan Alkantaranın Mançester Yunayteddən təklifi var. Futbolçu yaxın günlərdə Tito Vilyanova ilə söhbət etdikdən sonra yekun qərarını verəcək.

Əlavə edək ki, Alkantara ilə Mançester Yunayteddən əlavə Mançester Sitinin, Realın və Milanın da maraq dairəsində olduğu söylənilir.

Xəbər 742 dəfə oxundu.