Mxitaryan Liverpulda müayinədən keçəcək
Şaxtyorun yarımmüdafiəçisi Henrix Mxitaryan iyunun 20-nə qədər Liverpulda tibbi müayinədən keçəcək.

İTAR-TASS agentliyinin yaydığı məlumata əsasən rəsmi olaraq mersisaydlılar futbolçu ilə müqavilənin imzalanmasını həftə ərzində bəyan edəcəklər.

Əlavə edək ki, transferin dəyəri təxminən 30 milyon avrodur. Son mövsüm Mxitaryan Şaxtyorun heyətində 41 oyuna 29 qol vurub.

Xəbər 1084 dəfə oxundu.