Martines yeni komandada baş məşqçi kimi
Valyadolid komandasına yeni baş məşqçisi təyin edilib.

İdman.com.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, bu Xuan İqnasio Martinesdir. Yeni baş məşqçi ilə müqavilə 2 illik imzalanıb. Martines bu postda Valensiyaya keçən Miroslav Cukiçi əvəz edəcək.

Qeyd edək ki, Martinesin son iş yeri Levante olub. Onun rəhbərliyi altında komanda son mövsüm 11-ci yeri tutub.

Xəbər 805 dəfə oxundu.