Yığmamız rəqib axtarır
Azərbaycanın hərbçilərdən ibarət yığma komandası Bakıda keçiriləcək Dünya Çempionatına hazırlıqları davam etdirir. Nazim Süleymanovun rəhbərlik etdiyi komandamız hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirməyi də planlaşdırır.

Belə ki, komandamızın bir və ya iki sınaq matçı keçirməsi nəzərdə tutulub. Lakin hələlik rəqiblərin kim olacağı bəlli deyil. Böyük ehtimalla Süleymanov yetirmələrini Azərbaycanda keçiriləcək mundialın iştirakçısı olan, amma yığmamızın qrupunda yer almayan komandalardan biri ilə görüşdə sınayacaq.

Xəbər 935 dəfə oxundu.