Ronaldunun qazancı rekord olacaq
Kriştianu Ronaldunun yeni müqaviləsi ilə bağlı əhvalat yaxınlarda məntiqi soluğuna çata bilər. İdman.com.az saytı xəbər verir ki, Florentino Peres müqaviləsi 2015-ci ildə bitəcək futbolçunun şərtlərinə razılıq verib. Yeni müqaviləyə əsasən Kriştiano hər il 20 milyon avro qazanacaq. Məhz elə həmin məbləği hazırda Mahaçqala «Anji»sində dünyanın ən qazanclı futbolçusu – Samuel EtoO da qazanır.

Ronaldu ilə yeni müqavilənin 2018-ci ilədən bağlanılması gözlənilir. Belə olan halda yarımmüdafiəçi həmin vaxta qədər «Real»da təxminən 166 milyon avro qazana biləcək. Futbolçuya «Monako» və PSJ də maraq göstərirlər. Lakin 27 yaşlı futbolçuya həqiqətən də sözügedən məbləği versələr, çətin ki, «Santyaqo Bernabeu»nu tərk edə.

Xəbər 900 dəfə oxundu.