PSJ EL-Şaaravi və Villaş Boaşı istəyir
PSJ rəhbərliyi yeni mövsümdə superklub yaratmaq yolunda yeni variantları nəzərdən keçirməkdədir. Bu sırada «Milan»ın və İtaliya yığmasının forvardı Stefan El-Şaaravinin mümkün transferi ön plana çıxıb. İtaliyalılar perspektivli futbolçunu 40 milyon funtdan aşağı qiymətə buraxmaq istəmirlər.

Son mövsümdə El-Şaaravi «Milan»ın formasında keçirdiyi 45 oyunda 18 qol vurub. Futbolçu ilə danışıqlara məşqçi məsələsi müəyyən edildikdən sonra başlanılması gözlənilir. Karlo Ançelottinin mümkün gedişi halında isə yerinə namizəd axtarışları davam edir.

İdman.com.az saytı xəbər verir ki, Fransa klubunun nümayəndələri portuqaliyalı mütəxəssis Andre Villaş-Boaşla əlaqə saxlayıblar. «Tottenhem»in sükançısına ili 10 milyon avroluq 4 illik müqavilə təklif ediblər.

Xəbər 1097 dəfə oxundu.