Valensiyanın kapitanı David Albelda klubu tərk edir.
İdman.com.az saytı xəbər verir ki, bu qərarı o, klub rəhbərliyi ilə görüşdən sonra verib.
Xatırladaq ki, kapitan komandada 15 mövsüm keçirib. Heyətində Albelda 2 dəfə İspaniya çempionatını,1dəfə ölkə kubokunu, UEFA kuboku və superkubokunu qazanıb. İspaniya yığmasının heyətində idmançı 51 oyun keçirib. O, həmçinin 2002 və 2006-cı illərin dünya çempionatında və 2004-cü il Avropa çempionatında iştirak edib.
|