Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
29/03 | 14:43 Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlanıb
29/03 | 11:23 Azərbaycanın 4 gimnastı Dünya Kubokunda iştirak edəcək
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Şahmatın gənclik və nüfuz reytinqləri
Tarix: 17.05.2011 | Saat: 13:05:00 | E-mail | Çapa göndər
Vüqar Məmmədov | vuqar-inqilaboqlu@mail.ru

"Ancaq təşəbbüs göstərən oyunçunun hücum etmək hüququ var"

Vilhelm Steynits

İlk dünya çempionunun şahmat haqqında söylədiyi sözlərə bu sahənin bir yazarı kimi mən də 64-xanalı lövhənin ətrafında əməl etmək istədim. Bu təşəbbüsüm də reytinq cədvəli ilə bağlıdır.
Şübhəsiz, FİDE-nin reytinqi mükəmməl işlənmiş və həqiqi qüvvəyə malik bir sistemdir və nəsə bir yenilik etmək istərkən, həmin sistemdə nə bir boşluq axtardım, nə də bir nöqsan. Sadəcə, dünya şahmatçılarına, onların nəticələrinin statistikasına yeni bir yöndən baxmaq istədim. Özü də yenə - FİDE hesablamalarına söykənərək.
Nədir yeni göstərmək istədiyim, daha doğrusu, istədiklərim? Bir qədər önə gedib, fikrimdə doğulmuş bu ideyanın köklərini açıqlayım; çünki məni, Azərbaycan şahmatçılarına nəzərən, onların üstün cəhətləri düşünməyə vadar etdi.
Birincisi, bizim şahmatçıların gənc, perspektivli olması bütün dünyaya bəllidir. 3 şahmatçımız planetin ən güclü şahmatçıları sırasında ilk 12 pillədə yer alanlardır. Belə göstərici yalnız Rusiyada var. Lakin, Azərbaycan aparıcı şahmatçılarının yaş göstəricisinə, yəni gəncliyinə görə bu lider şahmat ölkəsini də qabaqlayır. Artıq neçə illərdir, dünya və qitə yarışlarında, olimpiadalarda ölkəmiz, bir qayda olaraq, meydana ən gənc komanda çıxarır. Gənclik isə sabah deməkdir. Doğrudur, bu baxımdan, hazırda ən böyük perspektiv norveçli Maqnus Karlsendə görünür. Lakin Maqnus şimal ölkəsinin dünya miqyaslı yeganə nümunəsidir. Azərbaycan isə gənc elit qrossmeysterlərinin bolluğu ilə seçilir. Və bu baxımdan bizə çatan yoxdur.
Söylədiyim perspektiv baxımından, nə 42 yaşlı Anandla onun yarı yaşında olan Karlseni bərabər tutmaq olar, nə də - digər, daha qabarıq fərqli nümunələri müqayisəyə gətirmək. Bu cəhət elə aparıcı üçlüyümüzü də reytinq çevrəsində fərqləndirir.
Doğrudur, FİDE-nin 20-yaşadək olanlar arasında ayrıca siyahısı da dərc edilir. Lakin bu elə deyilən rəqəmlə məhdudlaşır. 20 yaşdan yuxarı gənclər isə, yuxarıda gətirdiyim misaldakı kimi, 42 yaşlıdan heç nə ilə fərqləndirilmirlər. Təbii, bu fərqin də görünməsi pis olmazdı.
Bu düşüncələrlə yaşın reytinqə nisbətindən istifadə edərək, şahmatçıların perspektiv imkanlarına bir fərqli nəzər salmaq istədim. Rəqəmlərə müraciət edəndə, yaş göstəricisinin bilavasitə nisbəti bu sahədə tarazlıq yaratmazdı. Əksinə, belə halda 1400 reytinq əmsallı 20 yaşlı gənc 2800 əmsallı 40 yaşlı həmkarı ilə bərabər göstəriciyə malik olardı. Bu halda reytinq göstəricilərindəki fərqə müvafiq rəqəm nisbəti ilə yaş fərqini ortaya qoymaq gərəkdir: bu yerdə təvəllüd ili ideal vasitə kimi köməyə gələ bilər. Məsələn, şahmatçının reytinq əmsalını təvəllüd ilinin 2000-ə nisbəti ilə uzlaşdırmaq olar. Deyək ki, hazırkı reytinq lideri 2817 əmsalına malikdir. Onun təvəllüd ilinin (1969) 2000-ə nisbəti isə 0,9845 rəqəmini ortaya çıxarır. Məhz 1969-la həmin rəqəmin (0,9845) hasili də müvafiq reytinq göstəricisini yaradır - 2773,3365.
Əlbəttə, bizim yeni gənclik reytinq siyahısına bir qədər sadəlik gətirmək üçün cədvəlimizdə ancaq tam rəqəmi, yəni söylədiyimiz halda 2773-ü verəcəyik.
Beləliklə, yeni gənclik reytinqinin hesablama formulu bu cür olur: Təvəllüd ili / 2000 * FİDE reytinq əmsalı.
Bu halda təvəllüd ilinin yerinə son üç rəqəmini (məsələn, 1969 əvəzinə 969) də istifadə etmək olar. Bu, reytinqdə bir qədər də fərqli mənzərə yaradar. Əlbəttə, bu da bir variantdır.
Hələ ki, 21-ci əsr doğumlu şahmatçılar reytinq top-100-dən çox uzaqdırlar. Ancaq onu deyək ki, 2000-ci ilə qədər təvəllüdlü şahmatçıların gənclik reytinqi FİDE reytinqindən təvəllüd ilinə müvafiq aşağı, 2000-ci ildə anadan olanlar bu göstəriciyə bərabər, daha aşağı yaşda olanlar isə FİDE əmsalından yüksək olacaq.
Bu göstəricilərə əsasən, ölkələrin reytinqinə də gənclik baxımından yanaşmaq olar. FİDE-nin müvafiq reytinqində ölkənin 10 aparıcı şahmatçısının göstəriciləri əsas götürülür. Lakin əksər ölkələrdə ilk onluğa heç də yuxarı səviyyəli şahmatçılar düşmürlər. Bu səbəbdən biz də reytinq cədvəlimizdə ölkələr üzrə ilk 5 şahmatçının yeni təklif olunan hesablamalara söykənən ümumi göstəricisini nəzərə almağı daha məqsədəuyğun hesab edirik.
Ölkələrin reytinq siyahısı ilə bağlı FİDE göstəricilərinə başqa nəzərdən - bu dəfə şahmatçıların əmsallarına deyil, FİDE Top-100-ündəki mövqelərinə görə də baxmaq olar.
İlk yüzlükdə müxtəlif ölkələrin fərqli sayda təmsilçiləri var. Lakin tək təmsilçi sayı deyil, onların keyfiyyət göstəriciləri də əsas götürülməlidir. Yəni şahmatçıları daha yüksək pillələrdə olanlar üstünlük qazanmalıdır.
Bu cəhətdən, şahmatçılarının Top-100-də mövqeyinin ümumi sayına nisbətinə, daha doğrusu, cəmlənməsinə görə, ölkələr üçün yeni göstəricilər əldə etmək olar ki, bu da həmin ölkələrin şahmat elitasında nüfuz göstəricisinə bərabər olar.
Bu nüfuz reytinqinin hesablanma qaydası necədir?
Top-100-də birinci pillədə olan şahmatçını 100, ikincini 99... və bu qayda ilə, sonuncunu 1 xalla qiymətləndirmək olar. Yüzlükdə Rusiyanın 24 nümayəndəsi var. Bu da şimal qonşumuza böyük üstünlük verir. Doğrudur, onların üstünlüyü həm saya, həm keyfiyyətə söykənir. 24 şahmatçının hər birinin alınan xal göstəricisini cəmlədikdə, müvafiq ölkə reytinq əmsalı yaranır. Siyahıda, güclü olsa belə, tək nümayəndəsi olan Norveç isə FİDE-nin ölkələr reytinqində olduğu kimi, xeyli aşağı düşür: onun müvafiq reytinqini təkcə Karlsenin payına düşən 99 xal müəyyən edir.
Gəlin təklif etdiyimiz "pəncərə"dən siz də dünya şahmatının yeni reytinq mənzərəsinə bir nəzər salın. Əlbəttə, bu, sadəcə bir təklifdir və sizin təkliflərinizlə təkmilləşə, həyat qazana bilər. Odur ki, rəylərinizi gözləyirik (E-mail: vuqar-inqilaboqlu@mail.ru).


Şahmatçıların gənclik top-20-si

y (F.r.y.) ad ölkə g.ə. F.r.ə. d.t.
1 (2) Maqnus Karlsen Nor 2800 2815 1990
2 (3) Levon Aronyan Erm 2782 2808 1982
3 (1) Visvanatan Anand Hind 2773 2817 1969
4 (6) Sergey Karyakin Rus 2762 2776 1990
5 (8) Hikaru Nakamura ABŞ 2755 2774 1987
6 (9) Şəhriyar Məmmədyarov Azərb 2751 2772 1985
7 (4) Vladimir Kramnik Rus 2750 2785 1975
8 (10) Vüqar Həşimov Azərb 2740 2760 1986
9 (7) Veselin Topalov Bol 2740 2775 1975
10 (5) Vasili İvançuk Ukr 2732 2776 1969
11 (11) Ruslan Ponomaryov Ukr 2730 2754 1983
12 (13) Teymur Rəcəbov Azərb 2726 2744 1987
13 (12) Aleksandr Qrişşuk Rus 2723 2747 1983
14 (20) Maksim Vaşye-Laqrav Fra 2717 2731 1990
15 (19) Hao Vanq Çin 2716 2732 1989
16 (15) Nikita Vityuqov Rus 2715 2733 1987
17 (17) Dmitri Yakovenko Rus 2708 2732 1983
18 (14) Peter Svidler Rus 2706 2739 1976
19 (24) Radoslav Voytajek Pol 2703 2721 1987
20 (28) Fabiano Karuana İta 2703 2714 1992


Ölkələrin gənclik top-10-u
y (F.r.y.) ölkə g.ə. o.y. F.r.ə.
1 (1) Rusiya 2731 28,8 2734
2 (2) Ukrayna 2701 29,8 2696
3 (10) Azərbaycan 2698 23,4 2639
4 (4) Ermənistan 2671 30,8 2654
5 (3) Çin 2669 23,8 2659
6 (5) Fransa 2667 25,2 2648
7 (6) Hindistan 2665 30,6 2645
8 (7) Macarıstan 2662 32,4 2644
9 (9) ABŞ 2654 36,8 2639
10 (8) İsrail 2644 34 2640


Ölkələrin nüfuz top-10-u
y (f.r.y.) ölkə n.ə. ş.s
1 (1) Rusiya 1302 24
2 (2) Ukrayna 483 10
3 (10) Azərbaycan 310 4
4 (7) Macarıstan 266 4
5 (3) Çin 227 6
6 (5) Fransa 218 5
7 (4) Ermənistan 216 4
8 (9) ABŞ 210 3
9 (8) İsrail 169 4
10 (6) Hindistan 168 4

Qeyd: y - yer; f.r.y. - FİDE reytinqində yeri; g.ə. - gənclik əmsalı; d.t. - doğum tarixi; o.y. - orta yaş; F.r.ə. - FİDE reytinq əmsalı; n.ə. - nüfuz əmsalı; ş.s. - şahmatçıların sayı (top-100-də).
Xəbər 2608 dəfə oxundu



 
Müəllifin son yazıları

13.07.2021 7 gedişə dünya çempionunu təslim edən Şəhriyar
23.09.2020 III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
07.09.2020 Dünya şahmatının gənclik zirvəsi
31.08.2020 Olimpiya halqaları - 100
26.08.2020 “Şahmat həyatdır
13.05.2020 Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
06.04.2020 İdman mövzulu əsginaslar
29.03.2020 Bu oyunda kim uduzdu, kim uddu?
13.03.2020 Aydının “Aeroflot
09.10.2019 Azərbaycan şahmatının yeni zirvəsi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru