Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin I Baş Məclisində MOK prezidenti İlham Əliyevin məruzəsi
Tarix: 26.12.1998 | Saat: 13:35:00 | E-mail | Çapa göndər
- Hörmətli məclis iştirakçıları!
- Hörmətli qonaqlar, cənablar və xanımlar!
Mən təltif olunmuş idmançıları və məşqçiləri bir daha ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar, yeni-yeni medallar arzulayıram. Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi 1997-ci il iyulun 31-də özünün hesabat seçki konfransını keçirdikdən sonra, bu gün biz birinci dəfədir ki, Baş Məclisə toplaşmışıq. Həmin vaxtdan yeni tərkibdə fəaliyyətə başlayan Olimpiya Komitəsi ötən müddətdə görülən işləri kəmiyyət və keyfiyyət baxımından təhlil etmiş, Olimpiya Xartiyasının və Milli Olimpiya Komitəsinin Nizamnamə tələblərindən irəli gələn vəzifələri və onların həyata keçirilməsi yollarını müəyyən etmişdir.
Qeyd etmək lazımdır ki, Komitənin 1992-1997-ci illərdəki fəaliyyəti istər Olimpiya Hərəkatının respublikada inkişafı, istərsə də Komitənin beynəlxalq əlaqələri baxımından qənaətbəxş sayıla bilməzdi. Federasiyalarla iş aparılmırdı, cəmiyyətlərlə və klublarla, ən başlıcası isə Gənclər və İdman Nazirliyi ilə işgüzar əlaqələr yaradılmamışdı. Dövlət və hakimiyyət orqanları ilə əlaqələr də yox dərəcəsində idi. Söz yox ki, bütün bunlar Olimpiya Komitəsinin normal və məqsədyönlü fəaliyyət göstərməsinə ciddi əngəllər törədirdi. Komitənin öz vəzifələrini layiqincə yerinə yetirməsi üçün sağlam və işgüzar şərait yaratmaq tələb olunurdu. Məhz məsələyə bu baxımdan yanaşaraq, biz ilk növbədə Komitənin aparatını genişləndirdik və onun normal fəaliyyət göstərməsi üçün vacib olan maddi bazanın yaradılmasının istiqamətlərini müəyyən etdik. İndi Komitənin rəhbərliyi və onun aparatı öz işlərini beynəlxalq təcrübəyə müvafiq qaydada qurur, əlaqədar təşkilatlarla əlbir fəaliyyət göstərir və belə fəaliyyət artıq bəhrəsini verməkdədir. Olimpiya Komitəsi yeni heyətdə fəaliyyətə başladıqdan sonra bir çox təşkilatı-təsərrüfat işləri ilə yanaşı, Gənclər və İdman Nazirliyi ilə birlikdə Yaponiyanın Naqano şəhərində keçiriləcək XVIII Qış Olimpiya Oyunlarına, yeniyetmələrin Moskvadakı birinci ümumdünya oyunlarına, 2000-ci ildə Sidneydə keçiriləcək XXVII Yay Olimpiya Oyunlarına hazırlıqla əlaqədar işlər aparmağa başladı. Şübhə yox ki, bütün bu işlərin həyata keçirilməsi böyük təşkilatçılıq səyləri və maliyyə vəsaiti tələb edirdi.
Olimpiya Hərəkatının inkişafında beynəlxalq əlaqələr böyük rol oynayır. Biz ilk günlərdən bu sahəyə xüsusi diqqətlə yanaşmışıq. Belə hesab edirəm ki, beynəlxalq əlaqələrin düzgün qurulması respublikamızın dünya miqyasında tanınması ilə yanaşı, onun Olimpiya Hərəkatında iştirakına təkan verir, idmanının inkişafı üçün geniş perspektivlər açır. Keçən ilin noyabr ayında gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Əbülfəz Qarayev və baş katib Ağacan Abiyevlə biz Avropa Olimpiya Komitəsinin Stokholmda keçirilən 26-cı Assambleyasında iştirak etmişik. Assambleyada 48 dövlətin nümayəndələri iştirak edirdi. Müzakirə olunan əsas məsələ Avropa Olimpiya Komitəsinin rəhbərliyinin və İcrayyə Komitəsinin yeni üzvlərinin seçilməsi oldu. Güman edirəm ki, əgər biz ardıcıl və məqsədəuyğun fəaliyyətimizi davam etdirə bilsək gələcəkdə bizim nümayəndəmiz də belə yüksək və vacib qurumun tərkibinə seçilə bilər.
Stokholm səfəri zamanı nümayəndə heyətimizi AOK-un prezidenti Jak Roq qəbul etdi. Jak Roq Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun fəxri doktoru seçilməsi haqqında xəbəri böyük məmnuniyyət hissi ilə qarşıladı. Səmimi və işgüzar şəraitdə keçən bu qəbul zamanı biz əməkdaşlıq məsələlərini geniş müzakirə etdik. Stokholmda mən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançla da görüşdüm. Görüşdə Respublika Milli Olimpiya Komitəsinin işi, beynəlxalq əlaqələrimiz, perspektiv planlarımızla bağlı fikir mübadiləsi apardıq. Hər iki görüş işgüzar və səmərəli şəraitdə keçdi.
Bu il martın 19-20-də İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsi ilə MDB ölkələri Milli Olimpiya Komitələrinin birgə iclası keçirilmişdir. Həmin toplantıda mənimlə bərabər vitse- prezident Çingiz Hüseynzadə və baş katib Ağacan Abiyev iştirak etmişlər. Lozanna səfəri zamanı nümayəndə heyətimizin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançla fərdi görüşü oldu. Görüşdə mən Xuan Antonio Samarança Azərbaycan Milli Olimpiya Komitəsində görülmüş işlər və gələcək planlar haqqında ətraflı məlumat verdim. Söhbət zamanı biz əsas diqqəti beynəlxalq əlaqələrimizin genişləndirilməsi, BOK-la əməkdaşlığın gücləndirilməsi məsələlərinə yönəltdik və Komitəmizin problemlərindən danışdıq.
Azərbaycanda idmanın inkişaf etdirilməsinin, beynəlxalq standartlara cavab verən Olimpiya bazalarının yaradılmasının əhəmiyyətindən söhbət açarkən mən Mingəçevir avarçəkmə bazasının bərpası ilə bağlı problemlərə toxundum. Cənab Samaranç bu avarçəkmə bazasının vəziyyəti ilə tanış olmaq, onun bərpası ilə bağlı konkret tədbirlər planı hazırlamaq üçün Azərbaycana xüsusi ekspert göndəriləcəyini vəd etdi, bazanın bərpasına Beynəlxalq Olimpiya Komitəsinin yardım göstərəcəyini bildirdi.
Sizə məlumdur ki, artıq bu il BOK eksperti Azərbaycana gəlib, Mingəçevir bazasının bərpası ilə bağlı danışıqlar davam etdirilir.
Əlbəttə, bu məsələ yalnız bizdən asılı deyildir. Biz çalışırıq ki, qarşımıza qoyduğumuz bu məqsədə nail olaq.
2-4 iyun 1998-ci il tarixində İspaniyanın Sevilya şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının XI Baş Assambleyası keçirilmişdir. Toplantıda Azərbaycanı Respublika Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təmsil etmişdir.
Bu il 9-10 sentyabrda Zaqreb şəhərində Beynəlxalq Olimpiya Komitəsi Xorvatiya Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə “Qadın və idman” mövzusunda regional konfrans keçirmişdir. Konfransda Azərbaycanı İcraiyyə Komitəsinin üzvü Gülüş Gözəlova təmsil etmişdir.
Bu il 13-14 noyabrda Rusiyanın Sankt-Peterburq şəhərində Avropa Olimpiya Komitəsinin XXVII Baş Assambleyası keçirilmişdir. İclasda Milli Olimpiya Komitəsini Çingiz Hüseynzadə və Ağacan Abiyev təmsil etmişlər. Fərəhləndirici haldır ki, ilk dəfə olaraq bu toplantıda Azərbaycanı təmsil edən hər iki nümayəndə yeni yaradılmış qurumların - komissiyaların tərkibinə seçilmişlər. Belə hesab edirəm ki, bu, komitəmiz üçün əlamətdar hadisələrdən biridir. İnanıram ki, əməkdaşlarımız seçildikləri komissiyaların işində respublikamızı layiqincə təmsil edə biləcəklər.
Noyabrın 24-dən 29-dək Rio-de-Janeyro şəhərində IV Ümumdünya Olimpiya Yarmarkası keçirildi. İdmanın inkişafına əlavə investisiyalar cəlb edilməsinə həsr olunmuş bu tədbirdə mən gənclər və idman naziri Əbülfəs Qarayevlə birlikdə iştirak etdik. Tədbirdə mən Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Anito De Fransla, komitənin depertament rəhbəri Menfred Bergiman və Aleks Xuatla işgüzar görüşlər keçirdim. Söhbət zamanı ölkəmizin internet vasitəsilə olimpiya məlumat sistemi birliyində iştirakının təmin edilməsi, respublikamızın BOK-un bütün nəşrlərinə daxil edilməsi və digər məsələləri müzakirə etdik.
XX əsrin sonunda Azərbaycanın idman həyatında əlamətdar bir hadisə baş verdi. Respublikamızın idmançıları bu ilin fevralında əsrin sonuncu - XVIII Qış Olimpiya Oyunlarında iştirak etdilər. Azərbaycanı Naqano Oyunlarında 5 nəfər idmançı təmsil edirdi.
Moskva şəhərində keçirilən Ümumdünya Yeniyetmələr Oyunlarına hazırlıq məqsədilə respublikanın hər yerində kütləvi yarışlar keçirildi. Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Milli Olimpiya Komitəsinin birgə təşkil etdiyi bu kütləvi idman tədbirlərinin mayın 12-dən 22-nə kimi Bakıda keçirilən final mərhələsində respublikanın 57 şəhər və rayonundan 2614 nəfər idmançı vardı. Əlamətdar haldır ki, oyunların təntənəli açılış mərasimində prezident Heydər Əliyev cənabları şəxsən iştirak edirdi.
İştirak edən ölkələrin və idmançıların sayına görə seçilən Moskva oyunlarında Azərbaycan 102 idmançı ilə proqrama daxil olan 14 idman növünün 12-də təmsil olunub. Bu, indi böyük iqtisadi çətinliklərlə üzləşən Azərbaycan üçün uğur sayılmalıdır. Komandamız 131 ölkə arasında qazanılmış medallara görə 27-ci yer tutmuşdur. Yəqin ki, Sidney Olimpiadası ərəfəsində keçirilmiş Moskva oyunları bir növ sınaq tədbiri kimi qiymətləndirilməli və bundan nəticə çıxarılmalıdır.
Xüsusi məmnuniyyət hissi ilə qeyd etməliyəm ki, Moskva Oyunları çərçivəsində 134 ölkədən 200-ə yaxın alim və mütəxəssisin iştirakı ilə keçirilən “Gənclik-Elm-Olimpizm” ümumdünya konqresində respublikamızı Bədən Tərbiyəsi İnstitutunun kafedra müdiri, Olimpiya Akademiyasının vitse-prezidenti prfessor Kamal Rzayev və Olimpiya Komitəsinin analitik informasiya və nəşriyyat qrupunun rəhbəri Cəmaləddin Rəhmanov təmsil etmişlər.
Moskva Oyunlarından danışarkən böyük nümayəndə heyətimizin oyunlara hazırlaşmasına və iştirakına yardım göstərən sponsor təşkilatlara - “Frontera” şirkətinə, “AZAL” Hava Yolları Dövlət Şirkətinə, nümayəndə heyətinin üzvlərinə qısa vaxt ərzində xarici pasportlar verilməsini təmin etmiş Daxili İşlər Nazirliyinə Komitə adından təşəkkürümü bildirirəm.
Məlumdur ki, Beynəlxalq Olimpiya Komitəsi onuncu ildir Olimpiya Qaçış günü keçirir. Kütləviliyinə və bayram təntənəsinə görə bütün başqa tədbirlərdən seçilən Olimpiya Qaçışı respublikamızda üçüncü ildir ki, keçirilir. Lakin təşkilolunma və keçirilmə səviyyəsinə görə bu ilin Qaçış günü xüsusi qeyd edilməlidir. Respublikanın Yüngül Atletika Federasiyası ilə birlikdə keçirilmiş bu kütləvi tədbirin final mərhələsində 1500-dən çox qaçış həvəskarı iştirak etmişdir. Qarşıda bizi böyük və məsuliyyətli sınaq gözləyir.
Gələn il iyulun 10-dan 16-na kimi Danimarkanın Eysbyorq şəhərində keçirilən Gənclərin V Avropa Olimpiya Günlərində iştirak etməliyik. Bu yarışlar Sidney Olimpiadası qarşısında keçirilən böyük tədbirlərdən biridir. Avropa oyunlarına aid məsələlər artıq müvafiq federasiyalarda müzakirə olunubdur. Gənclərin Avropa Olimpiya Günlərində Azərbaycan bundan əvvəl iki dəfə iştirak edibdir. Deməli həm hazırlıq, həm də bu tədbirdə iştirak sahəsində təcrübə qazanılmışdır. Məhz buna görə də, yığma komandamızın tədbirdə layiqincə çıxış edəcəyinə ümid bəsləyirəm.
Bizim başlıca vəzifələrimizdən biri 2000-ci ildə Sidneydə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqla bağlıdır. Şəxsən mən belə qənaətə gəlmişəm ki, bu sahədə iş hələlik lazımi səviyyədə təşkil olunmamışdır. Respublika prezidentinin Sidneylə bağlı Sərəncamı və ondan irəli gələn vəzifələrin həyata keçirilməsində lənglik özünü göstərir. İdmançıların təlim-məşq toplanışlarında və lisenziya yarışlarında iştirakı mütləq təmin olunmalı, lisenziya qazanmış idmançılar müvafiq federasiyaların, İdman və Gənclər Nazirliyinin və Milli Olimpiya Komitəsinin diqqət və qayğısı ilə əhatə olunmalı, onların Sidneydə yüksək nəticə qazanması üçün tələb olunan şərait yaradılmalıdır.
Əsas məqsəd daha çox lisenziya qazanmaqdır və bunu unutmaq olmaz. Belə hesab edirəm ki, bu işin lazımi səviyyədə təşkili və həyata keçirilməsi üçün ciddi çalışmaq lazımdır. Sidney-2000-ə il hazırlıq məqsədilə 1998-2000-ci illəri əhatə edən kompleks hazırlıq proqramı hazırlanıb.
Hazırda həmin proqramın tələb və tapşırıqları müxtəlif səviyyələrdə yerinə yetirilməkdədir. Bu məqsədlə idmançılar, komandalar beynəlxalq turnirlərə, dünya və Avropa çempionatlarına, kubok yarışlarına göndərilir.
Olimpiya Komitəsinin bir illik fəaliyyətindəki bir cəhət xüsusilə qeyd edilməlidir. Bu, idmanın Olimpiya növlərində dünya və Avropa çempionatlarında və birinciliklərində, dünya kuboku uğrunda yarışlarda mükafata layiq yerləri tutmuş idmançılara və onların məşqçilərinə “Olimpiya təqaüdü” verilməsidir. Olimpiya Komitəsinin İcraiyyə Komitəsi “Olimpiya təqaüdü” haqqında əsasnamə təsdiq etmişdir. Qərara əsasən, ilin yekunlarına görə həmin təqaüdə üç kateqoriya üzrə 36 idmançı və onların məşqçiləri layiq görülüblər.
İcraiyyə Komitəsi respublikanın əvvəllər yüksək nəticələrə nail olmuş daha 8 nəfər görkəmli idmançısının hər birinə 1998-ci ilin yanvarından başlayaraq 500.000 manat məbləğində “Olimpiya təqaüdü” verilməsi haqqında qərar qəbul edib. Bu, Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan idmançıların əməyinin unudulmaması kimi qiymətləndirilməlidir. Həmin siyahıya qılıncoynatma üzrə dünya çempionu, əməkdar idman ustası Samir İbrahimov, boks üzrə dünya kubokunun sahibi, əməkdar idman ustası Rövşən Hüseynov, sərbəst güləş üzrə dünya çempionu, əməkdar idman ustası Xəzər İsayev, həndbol üzrə Olimpiya çempionları, əməkdar idman ustaları Rəfiqə Şabanova və Lüdmila Şubina, cüdo üzrə Olimpiya çempionu, əməkdar idman ustası Nazim Hüseynov, yunan-Roma güləşi üzrə üçqat dünya çempionu, əməkdar idman ustası Məhəddin Allahverdiyev və yüngül atletika üzrə dünya rekordçusu, əməkdar idman ustası Ziba Ələsgərova daxil ediliblər. Artıq 1999-cu il üçün təqaüdlərin verilməsi ilə bağlı yeni əsasnamə hazırlanmış və təstiq edilmişdir.
Əvvəlki illərdən fərqli olaraq indi dövlət tərəfindən də idmançılara göstərilən qayğı xeyli artmışdır. Belə ki, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında və birinciliklərdə, dünya kuboku yarışlarında fərqlənən idmançılara və onların məşqçilərinə tutduqları yerlərə görə pul mükafatı təyin edilib.
Olimpiya Komitəsində daha bir mühüm məsələyə diqqət yetirilmişdir. Heç kimə sirr deyil ki, Olimpiya Komitəsinin əməkdaşları, habelə bizim məşqçilərimiz, hakimlərimiz, idmançılarımız və komandaların tərkibində xaricə gedən nümayəndələr ingilis dilindən istifadə etməli olurlar. Məhz bunu nəzərə alaraq bizim tərəfimizdən “Britiş-Petrolium-Statoyl” şirkətinin sponsorluğu ilə ingilis dilini öyrənmək üçün kurs təşkil edilmişdir. Kursa 16 nəfər, o cümlədən bir sıra məşqçilər, Olimpiya Komitəsinin əməkdaşları və Azərbaycanı beynəlxalq aləmdə təmsil edəcək hakimlər cəlb edilmişlər. Bu kursun ilkin mərhələsi artıq başa çatmışdır.
Olimpiya Komitəsində elmi-metodiki sahədə də iş aparılır. Bu missiyanı həyata keçirmək məqsədilə Olimpiya Komitəsinin strukturunda Olimpiya Akademiyası yaradılmışdır. Akademiyaya Dövlət Bədən Tərbiyəsi İnstitutunun rektoru, Olimpiya Komitəsinin baş katibi, professor Ağacan Abiyev rəhbərlik edir. Şübhə yox ki, biz bu yeni, həm də vacib sahədə hələ ilk addımlarımızı atırıq. Akademiya böyük elmi-metodiki potensiala malik Bədən Tərbiyəsi İnstitutunun bazasında yaradılmış və onun işinə təcrübəli ixtisasçı alimlər cəlb edilmişdir.
Bü günlərdə Akademiya özünün birinci Ümumrespublika Konfransını keçirmişdir. Dörd bölmədə iki gün davam edən konfransda 29 mövzuda məruzə dinlənilmişdir. Maraqlıdır ki, konfransın işində Azərbaycanın alim və mütəxəssisləri ilə yanaşı, Moskvadan və Tbilisidən gəlmiş alimlər də məruzə ilə çıxış etmişlər. Mən bu gün Olimpiya Akademiyasına və onun nəzdində yaradılmış komissiyalara uğurlar arzulayıram.
Olimpiya Komitəsinin qarşısında duran mühüm məsələlərdən biri də, Komitənin respublikadakı fəaliyyətini işıqlandıran və əhali arasında Olimpizmin təbliğinə xidmət edən mətbuat orqanı yaratmaq idi. Nəhayət, bu məsələ bu ilin əvvəlində öz həllini tapdı. Biz Komitəmizin “Olimpiya” jurnalının buraxılmasına nail olduq. Jurnalın birinci nömrəsi nəfis şəkildə may ayında nəşr olundu və biz iyun ayında geniş ictimaiyyətin iştirakı ilə təntənəli təqdimat mərasimini keçirdik. Jurnalın ikinci nömrəsi artıq bu gün iki dildə - Azərbaycan və ingilis dillərində çapdan çıxıbdır. Siz jurnalın birinci nömrəsi ilə tanışsınız, ikinci nömrəni isə bu gün almısınız. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün jurnalı xarici ölkələrə yayacağıq. Bundan başqa ildə 12 nömrə, yəni ayda bir dəfə “Olimpiya Xəbərləri” adlı bülleten və gələcəkdə yəqin ki, ayrıca “Olimpiya” qəzeti də nəşr edəcəyik.
Olimpiya Komitəsi futbol üzrə respublikanın yığma Olimpiya Komandasının seçmə yarışlarda iştirakı istiqamətində də konkret işlər həyata keçirməkdədir. Milli Olimpiya Komandasının seçmə turnirlərinə hazırlanması və iştirakı ilə bağlı maliyyə problemlərinin həllini Olimpiya Komitəsi öz üzərinə götürməyi qərara almışdır.
Hörmətli məclis iştirakçıları!
Şübhəsiz görülən işlərin heç də hamısı məruzədə öz əksini tapmadı. Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq daha da gücləndirilməlidir. Bu iki təşkilatın rəhbərliyi altında respublikada idmanın inkişafına cavabdeh olan bütün qurumlarla, habelə ölkənin müvafiq dövlət strukturları ilə əlaqələr maksimum artırılmalı, göstərilən sahədə bütün səylər respublikada Olimpizmin və idmanın inkişafına cəmləşdirilməlidir. Ümidvaram ki, biz bütün səylərimizi bu məqsədə yönəldərək 1999-cu ildə Gənclərin Avropa Olimpiya günlərində, 2000-ci ildə isə Sidnyedə Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edəcəyik. Mən çıxışımı bununla yekunlaşdıraraq sizin hamınızı müstəqil Azərbaycan Respublikasının dövlət mənafeyi naminə onun Beynəlxalq Olimpiya Hərəkatındakı təmsilçisi olan Milli Olimpiya Komitəmiz ətrafında çıx birləşməyə çağırıram. Sizin hamınıza can sağlığı, humanist və xeyirxah işinizdə uğurlar arzulayıram.
Sağ olun!

26 dekabr 1998-ci il
Xəbər 3047 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2003 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında MOK prezidenti İlham Əliyevin çıxışı
11.10.2003 Quba şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
10.10.2003 Bakı şəhərində Taekvondo İdman Mərkəzinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
09.10.2003 Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
08.10.2003 Bakı şəhərində Atıcılıq Stendinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
07.10.2003 Bərdə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
05.09.2003 “Professor Əziz Əliyev” tankerinin istismara verilməsi və Yaxt-klubun təntənəli açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
27.12.2002 Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2002-ci ilin yekunlarına həsr olunmuş iclasında MOK prezidenti İlham Əliyevin nitqi
09.11.2002 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
11.10.2002 Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının onillik yubiley mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nməruzəsi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru