Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/03 | 20:22 Azərbaycan karateçisi Türkiyədə Premyer Liqada medal qazanıb
17/03 | 19:24 Azərbaycanın iki gimnastı Niderlandda qızıl medal qazanıb
17/03 | 16:25 Azərbaycan Basketbol Liqası: "Sumqayıt" səfərdə qələbə qazanıb
17/03 | 16:06 Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medallar qazanıblar
17/03 | 11:37 Qızıl Avropa Liqasında iştirak edəcək Azərbaycan millilərinin oyunlarının vaxtı bəlli olub
17/03 | 09:29 Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"un, "Sabah" "Sumqayıt"ın qonağı olacaq
16/03 | 17:36 Azərbaycan Basketbol Liqası: “Sabah” səfərdə “Cəlilabad”ı məğlub edib
16/03 | 16:30 Azərbaycan idmançısı Dünya Seriyasında şəxsi rekordunu yeniləyib
15/03 | 22:54 Güləş üzrə Azərbaycan çempionatı başa çatıb
15/03 | 14:08 Bakıda idman gimnastikası üzrə “AGF Trophy” turnirinə start verilib
15/03 | 10:57 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
15/03 | 10:01 U-15 Azərbaycan çempionatında sərbəst güləş üzrə qaliblər müəyyənləşib
15/03 | 08:37 Avropa Liqası: “Qarabağ” 1/8 finalda mübarizəni dayandırıb
14/03 | 22:05 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
14/03 | 21:11 Yüksək Liqa: “Murov Az Terminal” “Neftçi”ni məğlub edib
14/03 | 14:43 Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı keçəcək
14/03 | 13:13 Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında mübarizəyə qoşulublar
14/03 | 12:26 Voleybol üzrə Azərbaycan millisinin təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub
14/03 | 11:29 Futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək
14/03 | 09:52 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
14/03 | 09:49 Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib
13/03 | 21:55 "Neftçi" Azərbaycan çempionatında 11-ci qələbəsini qazanıb
13/03 | 20:08 Qadın basketbolçular arasında Azərbaycan çempionatı keçiriləcək
13/03 | 18:00 Azərbaycan güləşçiləri Qazaxıstanda keçirilən turnirdə 10 medal qazanıblar
13/03 | 13:02 Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin açılış mərasimi keçirilib
13/03 | 10:18 Güləş üzrə Azərbaycan çempionatının ilk günündə 200-ə yaxın idmançı mübarizə aparıb
13/03 | 09:11 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
12/03 | 16:26 2026-cı ildə voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
12/03 | 16:21 Stend atıcılığı üzrə Bakı Kuboku keçiriləcək
12/03 | 14:28 Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər
12/03 | 12:50 Azərbaycanın boks millisi Paris-2024-ə ən çox lisenziya qazanan ölkələrin siyahısında yer alıb
16/02 | 18:45 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
16/02 | 15:06 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
16/02 | 14:05 “Böyük dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
16/02 | 12:52 Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 25 19 3 3 65-21 60
2 Sumqayıt 26 10 9 7 25-30 39
3 Sabah 26 10 7 9 37-31 37
4 Neftçi 26 10 7 9 31-29 37
5 Səbail 26 10 7 9 39-38 37
6 Zirə 25 9 9 7 18-14 36
7 Turan 25 8 8 9 38-35 32
8 Araz 25 8 7 10 26-33 31
9 Kəpəz 26 7 6 13 28-45 27
10 Qəbələ 26 4 3 19 19-50 15
Milli Olimpiya Komitəsinin IV Baş Məclisində Azərbaycan Respublikasının Prezidenti, MOK-un prezidenti İlham Əliyevin giriş nitqi
Tarix: 28.12.2004 | Saat: 12:14:00 | E-mail | Çapa göndər
- Hörmətli xanımlar və cənablar!
- Milli Olimpiya Komitəsinin üzvləri!
Sidney Olimpiya Oyunlarından sonrakı dövr Azərbaycan üçün, ümumiyyətlə, Azərbaycanda idmanın inkişafı üçün çox əhəmiyyətli dövr olmuşdur. Ölkəmiz bu dövr ərzində daha da inkişaf etmiş, ölkədə gedən proseslər müsbət istiqamətdə davam etmişdir.
Ümumiyyətlə, Azərbaycan son illər ərzində öz mövqelərini daha da möhkəmləndiribdir. İqtisadi potensial güclənibdir, ölkəmizin dünyadakı mövqeləri möhkəmlənibdir. Bir sözlə, Azərbaycan sürətlə və hərtərəfli inkişaf edibdir. O cümlədən, idman sahəsində də böyük işlər görülübdür. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra idmana diqqət daim yüksək idi. Baxmayaraq ki, ölkəmiz müstəqilliyimizin ilk illərində iqtisadi cəhətdən o qədər də güclü deyildi, ölkədə çoxlu çətinliklər var idi, problemlər var idi. Ümumiyyətlə, iqtisadi inkişafdan söhbət getmirdi, ölkə iqtisadiyyatı tənəzzülə uğrayırdı. Buna baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin daim idmana, Olimpiya Hərəkatına diqqəti çox yüksək səviyyədə idi. Azərbaycanın iqtisadi cəhətdən ən çətin məqamlarında idmana xüsusi münasibət var idi. İdmançılar da bunu hiss edirdilər. Məhz bu diqqətin, qayğının nəticəsində Azərbaycanda idman inkişaf edirdi.
Bu gün burada son dörd il ərzindəki fəaliyyət haqqında hesabat təqdim edildi, müzakirələr aparıldı. Deyə bilərəm ki, dörd il ərzində idmanın inkişafı istiqamətində də böyük işlər görülmüşdür. Ümumiyyətlə, bu gün Azərbaycan dünyada tam mənada idman ölkəsi kimi tanınır. Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinin çox dəyərli üzvüdür. Azərbaycan Milli Olimpiya Komitəsi öz xarici əlaqələrini genişləndirir. Azərbaycanda çoxlu beynəlxalq yarışlar keçirilir, dünya, Avropa çempionatları, beynəlxalq idman konfransları, beynəlxalq idman təşkilatlarının seminarları və digər tədbirlər keçirilir.
Bir sözlə, Azərbaycan özünü beynəlxalq idman aləminə tanıda bilibdir. Bu gün beynəlxalq idman ailəsində Azərbaycanın adı gələndə, - biz bunun dəfələrlə şahidi olmuşuq, - Azərbaycanda idmanda gedən proseslərə həmişə çox böyük rəğbətlə münasibət göstərilir. Beynəlxalq qurumlarda bizdə olan vəziyyət və idmanda gedən inkişaf, - bir tərəfdən, burada keçirilən tədbirlər, digər tərəfdən, idmançılarımızın uğurlu çıxışları, - haqqında kifayət qədər məlumat var.
Hər bir ölkənin idman potensialını nümayiş etdirən, ilk növbədə, idmançıların çıxışlarıdır, uğurlu nəticələridir. Bu istiqamətdə görülən bütün işlər - həm idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqmətində görülən işlər, həm də təlim-məşq toplanışlarının yüksək səviyyədə keçirilməsi, idmançılara lazımi şəraitin yaradılması öz bəhrəsini verir. Sadaladığım bütün bu amillər uğurlu nəticələr əldə etmək üçün başlıca şərtdir. Çox şadam ki, Azərbaycanda bütün bu amillər mövcuddur.
Buna əlavə etsək ki, Azərbaycanda idmana cavabdehlik daşıyan qurumlar arasında da çox işgüzar münasibətlər var, onda görərik ki, həqiqətən, Azərbaycan bu gün idmanda inkişaf dövrünü yaşayır. Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, federasiyalar, idman cəmiyyətləri - biz hamımız bir məqsədə qulluq edirik. Hamımız çalışırıq ki, ölkəmizin bayrağı qaldırılsın. Hamımız çalışırıq ki, ölkəmizin dövlət himni səslənsin. Bu, həm ölkəmizə şərəf gətirir, həm də ölkəmizi dünyada tanıdır, eyni zamanda, göstərir ki, Azərbaycan nəyə qadirdir.
Azərbaycanın çox güclü potensialı var və çox güclü idman potensialı var. Əlbəttə, istəyirik ki, bu potensial tam şəkildə işə düşsün. Xüsusilə, Azərbaycanın bölgələrində çox istedadlı gənclər var. O gəncləri idmana cəlb etmək üçün bölgələrdə də müasir idman infrastrukturu yaradılmalıdır. Burada qeyd olundu və hamımız da bunu bilirik ki, bu istiqamətdə işlər görülübdür. Mən bunlar haqqında çox danışmaq istəmirəm. Amma sirr deyil ki, Azərbaycanda son dörd il ərzində müxtəlif rayonlarda tikilib istifadəyə verilmiş idman qurğuları bu gün çox böyük səmərə ilə işləyir. Orada həm idmançılar, həm də, ümumiyyətlə, gənclər, uşaqlar, yeniyetmələr məşğul olur, məşq edirlər. Bu da çox vacibdir. İdmanın kütləviliyi hər bir ölkə üçün vacib məsələdir. Biz istəyirik ki, yetişən gənc nəsil həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olsun. Əlbəttə, bunu etmək üçün şərait lazımdır, şərait olmalıdır. Təkcə paytaxtda deyil, bölgələrdə də şərait olmalıdır.
Bilirsiniz ki, mən respublika prezidenti vəzifəsinə seçiləndən sonra da regional inkişaf proqramı mənim fəaliyyətimdə çox böyük yer tutur. Deyə bilərəm ki, bu proqramı idman müstəvisində hələ 1997-ci ildən həyata keçirməyə başlamışdım. Çünki çox gözəl bilirdim və bilirəm ki, Azərbaycanın hərtərəfli, uğurlu inkişafı üçün onun hər bir bölgəsi inkişaf etməlidir. Azərbaycanın hər bir vətəndaşı, yaşadığı yerdən asılı olmayaraq, yüksək səviyyəli xidmətlərlə təmin olunmalıdır. Regionlarda tikilib istifadəyə verilmiş idman qurğuları bu gün çox uğurla fəaliyyət göstərir. Onlar həm şəhər və rayonlara yaraşıq verir, çünki çox yüksək zövqlə tikilibdir, həm də gənc nəslə xidmət edir.
Onu da qeyd etmək istəyirəm ki, əgər belə demək mümkündürsə, qeyri-idman sektorunda da regionlarda böyük canlanma gedir. Yəni iş yerləri açılır, müəssisələr, infrastrukturlar, sənaye obyektləri yaradılır və bütün bunlar ölkəmizi daha da gücləndirir. Bizim də məqsədimiz budur ki, Azərbaycan daha da güclü olsun, Azərbaycan dünyada, beynəlxalq aləmdə daha da möhkəm yeri tuta bilsin, Azərbaycanda insanlar daha da yaxşı yaşasınlar və sağlam olsunlar.
Mən çox şadam, görülən işlər göstərir ki, biz düz yoldayıq. İdman Azərbaycanın ictimai, siyasi həyatının artıq çox vacib bir amilidir. Çox şadam ki, Azərbaycanda idmançılara ənənəvi olan hörmət də yüksək səviyyədədir. İdmançı olmaq artıq çox şərəfli bir işdir. İdmançılara, idman veteranlarına göstərilən münasibət də, əlbəttə, cəmiyyətdə öz əksini tapır. Biz bu məsələyə də daim diqqət göstəririk. Çünki idmançılar yaxşı bilir ki, idman ömrü çox qısa olur və təkcə Azərbaycanda deyil, bütün başqa ölkələrdə də idmançı idmandan gedəndən sonra bəzi çətinliklərlə üzləşir, elə bil ki, yeni həyata başlayır. Bu həyata uyğunlaşması da bəzən çox çətin keçir. Ona görə biz çalışırıq ki, idmandan gedən insanlara daha da böyük qayğı göstərək, onların problemlərini həll edək, onlara şərait yaradaq.
Ümumiyyətlə, idmançılara, idman mütəxəssislərinə qayğı daim bizim diqqət mərkəzimizdədir. Biz idmançıların mənzil problemləri ilə məşğul oluruq, mükafatlar veririk. Mən onların hamısını bu gün demək istəmirəm, çox vaxt aparar. Onu demək istəyirəm ki, gələcəkdə də bu siyasət davam etdiriləcəkdir.
Son Afina Olimpiya Oyunları bir daha göstərdi ki, ümumiyyətlə, dünyada, müxtəlif ölkələrdə idmana diqqət daha da artır. Yəni hamı üçün aydın olur ki, idman hər bir ölkənin çox vacib sahəsidir. Ölkəni dünyada tanıdan, bəlkə də, ən başlıca bir vasitədir. Çünki yalnız idmanda, olimpiya oyunlarında ölkələr bir-biri ilə rəqabət aparır və bu rəqabətin nəticəsində reytinqlər də tutulur. Hər bir ölkə istəyir ki, onu təmsil edən idmançı daha da yüksək yerə layiq olsun. Bu, dünyada gedən ümumi prosesdir. Biz çox şadıq ki, Azərbaycan bu prosesin içindədir və bəlkə də, başqa ölkələrlə müqayisədə biz bu sahəyə daha tez diqqət göstərməyə başladıq. Bu gün heç kəs üçün sirr deyil ki, Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan Milli Olimpiya Komitəsini başqa ölkələrə örnək kimi təqdim edir, nümunə kimi göstərir və tövsiyə edir ki, bizim təcrübəmiz başqa ölkələrdə də tətbiq olunsun.
Doğrudan da, Azərbaycanda idman sahəsində bir çox yeniliklər baş verir. İlk növbədə, federasiyalar möhkəmlənir, federasiyalara ölkədə tanınmış şəxslər prezidentlər seçildi ki, onlara tapşırılan sahəyə, idman növünə diqqət göstərsinlər, məşğul olsunlar və idmançılara lazımi şəraiti yaratsınlar. Bu gün başqa, qonşu ölkələrdə görürük ki, bizim yolumuzla gedənlərin sayı artır. Nəyə görə? Çünki bizim yolumuz artıq dünyada sübut etdi ki, bu, düzgün yoldur.
Mən çox sadam ki, idmanda son illər ərzində yaranmış meyillər güclənir. Son olimpiya oyunları onu bir daha təsdiq etdi ki, Azərbaycanda idman güclənir, onun potensialı artır. Afina Olimpiya Oyunları bir daha göstərdi ki, bizim nə qədər güclü idmançılarımız var. Azərbaycan idmançıları 5 medal qazandılar. Daha iki-üç medal da qazanıla bilərdi, amma hardasa bəxt gətirmədi, hardasa hakimlərin ədalətsizliyi buna imkan vermədi. Hər halda, bu, böyük bir potensialdır və təkcə biz tərəfdən deyil, bütün idman aləmi tərəfindən qəbul edilir və buna böyük rəğbətlə yanaşılır.
Bilirsiniz ki, mənim də həyatımın bir hissəsi idmanla bağlıdır. 1997-ci ildə Azərbaycanın idman ictimaiyyəti mənə etimad göstərdi, Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçdi və gördüyünüz kimi, bu vəzifəni bu günə qədər icra edirəm. Düzdür, dünyada belə təcrübə var ki, dövlət başçısı, eyni zamanda, Olimpiya Komitəsinin prezidenti olsun. Amma deyə bilərəm ki, əksər hallarda onlar dövlət başçısı olandan sonra Olimpiya Komitəsinin prezidenti olurlar. Mən isə əksinə, idmandan dövlət başçısı vəzifəsinə gəlmişəm. Ona görə, demək olar ki, ölkə prezidenti idmançıların nümayəndəsidir. Belə desək, səhv eləmərik.
Doğrudan da, bu vəzifə mənim üçün çox əzizdir və həyatımda da çox mühüm rol oynamışdır. Çünki, birincisi, bu, elə bir vəzifədir ki, əgər adamda istək varsa, doğrudan da məsuliyyət hissi varsa, burada nəticə əldə etmək mümkündür. Nəticə təkcə medalların sayı ilə ölçülmür. Ümumiyyətlə, ölkəmizdə idman sahəsində gedən inkişaf hərtərəflidir. Mənim üçün, bəlkə də, necə deyərlər, ən böyük sevinc gətirən məqamlar bunlardır ki, gənclər, balaca uşaqlar idman bölmələrinə gedirlər. Çünki bu, Azərbaycanın gələcəyidir, Azərbaycanın gələcək nəslinin sağlamlığıdır.
Mən bu vəzifəyə 1997-ci ildən çox böyük məsuliyyətlə yanaşıram. Ümumiyyətlə, bütün tapşırılan vəzifələrə, o cümlədən bu vəzifəyə də. Prezident seçiləndən sonra demişdim ki, mən bu vəzifədən imtina etməyəcəm və bu gün də imtina etmirəm. Bundan sonra da idmançılarla birlikdə olacağam.
Ümumiyyətlə, idmançılarla, idman mütəxəssisləri ilə, idman veteranları ilə ünsiyyətdə olmaq, deyə bilərəm ki, çox böyük məktəbdir. Çünki bu, tam başqa bir aləmdir. İdmançı elə bir insandır ki, onun mənəvi xüsusiyyətləri də çox yüksək olur. Əsl idmançı heç vaxt pis işlərlə məşğul olmaz, heç vaxt ona yaraşmayan işlərə qoşulmaz. Əsl idmançı həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam insandır. Mən çox şadam ki, Azərbaycanda məhz belə idmançılar mövcuddur və bizi təmsil edən, beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldıran gənclər həm peşəkar idmançılardır, həm də böyük mənəvi xüsusiyyətlərə malik olan idmançılardır. Mən ümid edirəm ki, yetişən gənc nəsil də bizim tanınmış idmançılardan ibrət dərsi götürəcək, onlar gənc nəsil üçün də nümunədir. Uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün, əlbəttə ki, bizim idman qəhrəmanlarımız olmalıdır və onlar da var. Siz də onları yaxşı tanıyırsınız, Azərbaycan ictimaiyyəti də onları yaxşı tanıyır.
Bu fürsətdən istifadə edib, son 7 il ərzində mənimlə bərabər bu sahədə işləyən, çalışan bütün insanlara birgə fəaliyyətimizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu birgə fəaliyyətimizdən razıyam. Çox razıyam ki, bizim səylərimizin nəticəsində ölkədə idman sahəsində inkişaf, irəliləyiş var. Çox sevinirəm ki, yeni açılan idman komplekslərinə güclü axın var. Xüsusilə, Olimpiya oyunlarından sonra bu axın daha da çox hiss olunur. Əminəm ki, bundan sonra da hiss olunacaqdır.
Gələcəkdə yeni olimpiya komplekslərinin tikintisi nəzərdə tutulubdur. Artıq 4 yerdə idman kompleksi tikilir və bəyan etdiyimiz kimi, gələcəkdə Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmaq üçün gözəl şərait olacaqdır.
Milli Olimpiya Komitəsinin fəaliyyəti də çox müsbət olubdur. Azərbaycanda olimpiya hərəkatı güclənibdir. Bizim bu sahədəki işlərimiz də yüksək səviyyədədir. Bu gün son dörd ilə yekun vuraraq, bir daha deyə bilərəm ki, bizim nəzərdə tutduğumuz bütün planlar həyatda öz əksini tapıbdır. Biz nəyi planlaşdırmışıqsa, onu da etmişik. Əminəm ki, bizim böyük idman ailəsində bundan sonra da mehribanlıq, əməkdaşlıq olacaqdır. Biz - idmançılar, məşqçilər, idman mütəxəssisləri, federasiyalar, idman cəmiyyətləri, nazirlik, Olimpiya Komitəsi həmişə olduğu kimi, yenə də bir ailə kimi qalacağıq. Azərbaycana ləyaqətlə xidmət edəcəyik, Azərbaycanın idman şöhrətinin ucaldılması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çalışacağıq ki, bundan sonra da beynəlxalq yarışlarda, Olimpiya oyunlarında bizim milli bayrağımız daim yüksəkdə olsun. Bu işdə sizin hamınıza uğurlar arzulayıram. Sağ olun.

28 dekabr 2004-cü il
Xəbər 2167 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.02.2022 Prezident İlham Əliyev: İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır
07.09.2021 Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
13.12.2018 Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
13.12.2018 Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
19.12.2017 Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
18.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
29.09.2017 Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
24.12.2016 Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)
24.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru