Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Oğuz şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
Tarix: 20.09.2008 | Saat: 15:48:00 | E-mail | Çapa göndər
- Əziz oğuzlular!
- Əziz dostlar!
Bu gün Oğuz rayonunun həyatında çox gözəl və əlamətdar bir gündür. Bu gün Oğuzda yeni, gözəl, müasir Olimpiya İdman Kompleksi açılır. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, bu kompleksdən həm idmançılar səmərəli istifadə edəcəklər, həm də Oğuz rayonunun sakinləri də istifadə edəcəklər. Burada bütün şərait var, çox gözəl imkanlar var. Həm idman zalı, həm üzgüçülük hovuzu, trenajor zalı - bir sözlə, idmanla məşğul olmaq və sağlamlığı möhkəmləndirmək üçün bütün imkanlar var. Mən çox şadam ki, bu gözəl gündə sizinlə bərabər bu kompleksin açılışında iştirak edirəm.
Mən xatırlayıram, keçən il Oğuzda olarkən kompleksin tikintisi ilə tanış olmuşdum. Kompleks qısa müddət ərzində və yüksək keyfiyyətlə və böyük zövqlə tikilibdir. Bunun həm xarici görünüşü gözəldir, həm də daxili təchizatı bütün dünya standartlarına uyğundur. Əminəm ki, Oğuzda bu kompleksin fəaliyyətə başlaması nəticəsində burada idmanın inkişafına daha da böyük təkan veriləcəkdir. Mən çox istəyirəm ki, Azərbaycanın hər yerində, hər bir rayonunda güclü idmançılar yetişsin, insanlar güclü, fiziki cəhətdən sağlam olsunlar. Gənc nəsil həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olsun. Beləliklə, Azərbaycanın həm idman şöhrəti daim yüksəklərdə qalacaq, həm də Azərbaycan vətəndaşları, xüsusilə, uşaqlar, yeniyetmələr, gənclər fiziki cəhətdən sağlam olacaqlar.
Azərbaycanın çox böyük idman uğurları var, idman qələbələri var. Bizim idmançılarımız, - bizim qaliblərimiz, Olimpiya oyunlarının çempionları, mükafatçıları - bu gün burada iştirak edirlər, Azərbaycanın idman şöhrətinin qaldırılması üçün çox böyük işlər görürlər. Beynəlxalq yarışlarda, çempionatlarda, əlbəttə ki, Olimpiya oyunlarında Azərbaycanı ləyaqətlə təmsil edirlər. Azərbaycan dünya idman ailəsində özünə layiq yerini tuta bilibdir və dünyada idman ölkəsi kimi tanınır. Bizim uğurlarımız, əlbəttə ki, hər bir vətəndaşı sevindirir, eyni zamanda, idmançılarımızın uğurlu çıxışları gənclərə də örnəkdir, gənclərə də gözəl nümunədir. Əminəm ki, bu gözəl qələbələrdən sonra idman bölmələrinə axın daha da güclənəcək, idmanla məşğul olmaq istəyənlərin sayı artacaqdır. Əlbəttə ki, bunu etmək üçün və bütün bu məqsədlərə nail olmaq üçün, idmanla məşğul olmaq üçün gərək yaxşı şərait olsun. Biz bu şəraiti yaradırıq. Sadəcə olaraq, hansısa idman qurğularının tikilməsi ilə kifayətlənmirik. Mən istəyirəm ki, hər bir rayonda ən müasir idman infrastrukturu yaradılsın. Hər bir yerdə idmanla məşğul olmaq üçün yaxşı şərait olsun və biz Oğuz rayonunun timsalında bunu görürük.
Siz, rayonun sakinləri yaxşı bilirsiniz ki, əhali baxımından Oğuz böyük rayon deyildir. Amma mənim üçün bu, heç vaxt heç bir meyar olmamışdır. Mənim üçün bütün rayonlar əzizdir, bütün Azərbaycan vətəndaşları əzizdir. Rayonun böyük-kiçikliyindən asılı olmayaraq, mən düşünürəm ki, hər bir yerdə, hər bir rayonda çox gözəl şərait olmalıdır. Həm idmanla məşğul olmaq üçün şərait, həm infrastruktur layihələri, həm də səhiyyə obyektləri, məktəblər, yollar, abadlıq işləri olmalıdır. Biz Oğuz rayonunda bütün bunları görürük. Bu idman kompleksi ilə üzbəüz böyük xəstəxana kompleksi tikilir və orada çox gözəl avadanlıq quraşdırılacaqdır. Sakinlərin müayinəsi və müalicəsi üçün bütün şərait yaradılacaqdır.
Oğuz rayonu çox gözəl təbii sərvətlərə malikdir. Gözəl təbiəti var, iqlimi var. Çox gözəl mənzərəli yerləri var. Əminəm ki, turizmin inkişafı Oğuz rayonunun gələcək inkişafına böyük xidmət göstərəcəkdir. Bu gün, eyni zamanda, yeni mehmanxananın açılışında iştirak edəcəyəm. Yəni bütün bu hadisələr onu göstərir ki, hər bir rayonun potensialından biz səmərəli şəkildə istifadə etməliyik. Elə etməliyik ki, rayonda gedən işlər onun iqtisadi imkanlarını genişləndirsin.
Əlbəttə ki, Azərbaycan dövləti öz iqtisadi imkanlarını işə salaraq, bütün rayonlarda gedən abadlıq-quruculuq işlərinə kömək göstərir. Deyə bilərəm ki, Azərbaycanın bütün rayonları dövlət büdcəsindən dotasiyalar hesabına yaşayırlar. Bu, bundan sonra da davam edəcəkdir. Hər bir rayonun infrastruktur layihələrinə, belə gözəl komplekslərin, xəstəxana, məktəb tikintisinə və sair işlərin görülməsi üçün Azərbaycanın dövlət büdcəsindən vəsait ayrılır. Əlbəttə ki, gələcəkdə bizim iqtisadi imkanlarımız daha da böyük olanda, daha da böyük işlər görəcəyik. Amma hər bir rayon da öz iqtisadi, sənaye və turizm potensialından səmərəli şəkildə istifadə etməlidir və Oğuz rayonunda da belə imkanlar var.
Biz çalışmalıyıq və bundan sonra da bunu edəcəyik ki, Azərbaycanın bütün bölgələrində çox geniş quruculuq, abadlıq işləri davam etsin, bu yüksək templər saxlanılsın. Azərbaycanın bütün bölgələrində yaxşı yaşamaq üçün, yaxşı işləmək üçün, yaxşı oxumaq üçün və idmanla yaxşı məşğul olmaq üçün bütün imkanlar olsun.
Azərbaycanın inkişafı bu gün çox sürətlidir. Bütün bölgələrdə böyük quruculuq-abadlıq işləri aparılır. Bizim iqtisadi islahatlarımız istər sənaye potensialının inkişafında, istərsə də kənd təsərrüfatının inkişafında öz bəhrəsini verir. Böyük infrastruktur layihələri icra olunur. Xüsusilə bu zonanın hərtərəfli inkişafı üçün lazımi tədbirlər görülür. Dünən mən Zaqatala şəhərində yeni aeroportun açılışında iştirak etmişdim. Aeroportun tikintisi, o cümlədən Oğuz rayonunun turizm imkanlarına da böyük dəstək olacaqdır. Əminəm ki, həm Bakıdan, həm Azərbaycanın başqa şəhərlərindən, həm də başqa ölkələrdən buraya gələn turistlərin sayı getdikcə artacaqdır. İlk növbədə, ona görə ki, burada çox gözəl təbiət var. Təbiət baxımından Oğuz rayonu dünyanın istənilən yerindən geridə qalmır.
Digər tərəfdən, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, əlbəttə ki, turistlərin cəlb olunmasında öz rolunu oynayacaqdır. Bilirsiniz ki, turizmin inkişafı o ölkələrdə daha sürətlə gedir ki, orada vəziyyət sabitdir, heç bir qarşıdurma yoxdur, heç bir daxili, yaxud da xarici təhlükə yoxdur. Azərbaycan bu baxımdan bütün başqa ölkələrdən daha da əlverişli vəziyyətdədir. Çünki bizdə sabitlik, əmin-amanlıq, vətəndaş həmrəyliyi var. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafına, o cümlədən turizmin inkişafına xidmət göstərir.
Yəni Azərbaycanı, Oğuz kimi başqa rayonları turizm mərkəzlərinə çevirmək üçün bizim bütün imkanlarımız var. Yenə də deyirəm, hər bir rayonun öz xüsusiyyətləri var. Hər bir rayonda o rayonun xüsusiyyətlərinə uyğun işlər aparılmalıdır. Harada sənaye potensialı artırılır, harada misal üçün, kənd təsərrüfatı, turizm inkişaf etdirilir və sair. Azərbaycanın hərtərəfli inkişafı bu işlərlə bağlıdır.
Əlbəttə ki, bizim böyük təbii ehtiyatlarımız var - neft, qaz və biz bu ehtiyatları dənizin dibindən çıxarır və boru xətləri ilə dünya bazarlarına ixrac edirik. Bundan Azərbaycan dövləti böyük gəlirlər əldə edir. Bu gəlirlər bizə imkan verir ki, belə gözəl komplekslər və başqa obyektlər tikək. Ancaq uzunmüddətli inkişafımız üçün Azərbaycanın qeyri-neft sektoru inkişaf etməlidir. Mənim son beş il ərzində apardığım siyasətin, demək olar, əsas istiqaməti bundan ibarətdir ki, Azərbaycanda bölgələr də inkişaf etsin, iqtisadiyyatın qeyri-neft sektoru, xidmət sektoru inkişaf etsin ki, Azərbaycan gələcəkdə təbii resurslardan asılı olmasın. Bu gün bunu etmək mümkün deyil və bu, təbiidir. Ancaq biz bu yolla gedirik və qeyri-neft sektoru ildən-ilə daha da artır.
Bu gün biz özümüzü ərzaq məhsulları ilə, demək olar ki, maksimum dərəcədə təmin edirik və görüləcək əlavə tədbirlər nəticəsində Azərbaycan ərzaq təhlükəsizliyini yüz faiz təmin edəcəkdir. Bugünkü dünyada bu, böyük bir nailiyyətdir. Çünki istisna olunmur ki, gələcək illərdə ərzaq təminatı ilə problemlər daha da ciddiləşəcək və o ölkələr ki, daha çox idxaldan asılılığı var, onlar böyük problemlərlə üzləşə bilər. Bunun qabağını almaq üçün biz bu gün tədbirlər görürük. Ərzaq təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi - dünya birliyini narahat edən bu üç əsas məsələ Azərbaycanda uğurla həll olunur və biz bunları gələcəkdə də həll edəcəyik. Azərbaycanın uğurlu, dayanıqlı inkişafını təmin etmək üçün nə lazımdırsa, biz onu edəcəyik.
Əziz oğuzlular, mən bu gün sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Mən əminəm ki, siz bu idman kompleksindən səmərəli istifadə edəcəksiniz və burada yeni çempionlar yetişəcəkdir. Onlar da öz növbəsində, görkəmli olimpiyaçılar kimi, Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlayacaqlar.
Sizi bir daha təbrik edirəm, sizə uğurlar, cansağlığı arzulayıram.
Sağ olun!

20 sentyabr 2008-ci il
Xəbər 3204 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.02.2022 Prezident İlham Əliyev: İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır
07.09.2021 Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
13.12.2018 Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
13.12.2018 Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
19.12.2017 Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
18.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
29.09.2017 Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
24.12.2016 Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)
24.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru