Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Kürdəmir şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mərasim iştirakçıları ilə görüş zamanı nitqi
Tarix: 24.09.2008 | Saat: 15:44:00 | E-mail | Çapa göndər
- Sizi çox gözəl Olimpiya İdman Kompleksinin açılışı münasibətilə təbrik edirəm. Bu, çox gözəl idman qurğusudur. Mənim yadımdadır ki, üç il bundan əvvəl bu kompleksin təməlini qoyduq. Bu yeri seçdik və o vaxt burada heç nə yox idi, boş bir yer idi. Amma indi burada gözəl park, gözəl olimpiya kompleksi, açıq meydançalar var. Gördüyünüz kimi, uşaqlar burada məşq edirlər, idmanla məşğul olurlar, bu, çox sevindirici haldır. Yəni Kürdəmirə layiq olan bir idman qurğusudur. Mən əminəm ki, buradan uşaqlar, yeniyetmələr, gənclər və böyüklər, necə deyərlər, yaşlı nəsil də istifadə edəcəkdir. Çünki burada həm idman qurğusu, həm də müxtəlif trenajorlar var. Buradan həm idmançılar, həm də rayon sakinləri istifadə etməlidirlər. Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.

* * *

Mən çox şadam ki, bu gözəl Olimpiya İdman Kompleksinin açılışında yenidən sizinlə bərabər Kürdəmirdəyəm. Bu bizim birgə gördüyümüz işlərin əyani sübutudur. Üç il bundan əvvəl kompleksin təməli qoyuldu. Bu gün isə gözəl idman qurğusu istifadəyə verilir. Siz qeyd etdiniz ki, son üç il ərzində Kürdəmirdə çox böyük işlər görülübdür. Çox böyük abadlıq, quruculuq işləri, məktəb tikintisi, sosial obyektlərin, yeni sənaye sahələrinin işə düşməsi - bütün bunlar Azərbaycanı gücləndirir. Regionların sosial-iqtisadi inkişafı - Dövlət proqramının əsas məqsədi məhz bundan ibarətdir.
Mən xatırlayıram, biz proqramı 2004-cü ilin fevral ayında rəsmən qəbul etdik. Əlbəttə, mən o vaxt bu proqramın üzərində çox işləmişdim və bilirdim ki, biz onu icra edəcəyik. Bəzi fikirlər var idi ki, bu, sadəcə olaraq, növbəti yeni bir niyyət proqramıdır. Orada müəyyən tədbirlər göstərilir, ancaq onların bir hissəsi çətin ki, yerinə yetirilsin. Amma proqramda göstərilən bütün məsələlər yerinə yetirildi və ondan əlavə, 2004-cü ildə proqramda nəzərdə tutulmamış bir çox obyektlər işə düşdü: aeroportlar, xəstəxanalar, idman qurğuları, yollar. Bakı-Kürdəmir yolu ən yüksək dünya səviyyəsindədir. Bu yol Gəncəyə qədər davam edir və Gəncə-Qazax avtomobil yolu artıq hazırdır. Bütün istiqamətlərdə yollar çəkilir, bütün bölgələrdə quruculuq-abadlıq işləri aparılır.
İşsizlik məsələsi ən çətin məsələdir. Bütün postsovet məkanı üçün ən böyük problem işsizlik, yoxsulluqdur. Biz, demək olar ki, işsizliyin böyük hissəsini aradan götürmüşük. Bu gün işləmək istəyən iş tapar. 700 mindən çox yeni iş yeri açılmışdır, onlardan 600 minə qədəri daimi iş yerləridir. Bu gün Azərbaycana başqa ölkələrdən işləmək üçün işçi qüvvəsi gəlir. Bu, nəyi göstərir?! Onu göstərir ki, artıq Azərbaycanda işsizlik problemi yoxdur. Digər tərəfdən, nəyə görə gəlirlər?! Çünki bilirlər ki, Azərbaycan inkişaf edən ölkədir, Azərbaycanda sabitlik, əmin-amanlıq var, tolerantlıq, başqa millətlərə qarşı xoş münasibət var və ölkənin ümumi inkişafı buna gətirib çıxarır. Yəni biz bütün bu gözəl hadisələri bütün bölgələrdə görürük. Hər bir yerdə, hər bir rayonda inkişaf gedir və bu işlər əhali tərəfindən çox bəyənilir, dəstəklənir. Bizim insanlarımız bütün bu işlərin ən fəal iştirakçılarıdır. Əgər yerlərdə insanlar bu işlərlə məşğul olmasaydılar, bizim bütün proqramlarımız kağız üzərində qalacaqdı. Bizim uğurumuzun əsas səbəbi ondan ibarətdir ki, düzgün qərarlar qəbul edilir, nəzarət güclüdür və yerlərdə qərarlar icra olunur.
Əlbəttə ki, bizim bütün bu işləri görmək üçün maddi imkanlarımız artır. Əgər bu olmasaydı, biz buna nail ola bilməzdik. Bizim dövlət büdcəmiz son beş il ərzində 10 dəfədən çox artıbdır. Valyuta ehtiyatlarımız, sosial məsələlərin həllinə ayrılmış vəsait, maaşlar, pensiyalar artıbdır. Azərbaycanda iqtisadi inkişaf elədir ki, o, bütün dünya üçün nümunədir. İqtisadi artım baxımından Azərbaycan ardıcıl dörd il dünya miqyasında birinci yerdədir. Bu, reallıqdır, faktdır, statistikadır. Biz bunu həm iqtisadi göstəricilərdə, həm də gündəlik həyatda görürük.
Bizim ölkəmiz yeniləşir, yenidən qurulur. Siz ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına xidmətlərini qeyd etdiniz. Hamımız - siz də, mən də yaxşı xatırlayırıq ki, 1970-80-ci illərdə o, nə qədər böyük işlər görübdür. O vaxt hakimiyyətə gələndə ən geridə qalmış respublika Azərbaycan idi. O, 1982-ci ildə Azərbaycandan Moskvaya gedəndə isə Azərbaycan ən qabaqcıl respublika idi. Tarix yenə təkrarlandı. Azərbaycan müstəqillik ərəfəsində, əfsuslar olsun ki, çox ağır vəziyyətə düşmüşdü. Nəyə görə?! Çünki Azərbaycana rəhbərlik edən insanlar öz vəzifə borcunu yerinə yetirə bilməmişlər. Bəziləri xəyanət ediblər, bəziləri, sadəcə olaraq, işin öhdəsindən gələ bilməmişlər.
1988-ci ildən yavaş-yavaş bütün iqtisadiyyat, sənaye, kənd təsərrüfatı tənəzzülə uğradı, tamamilə məhv olundu. Antialkoqol kampaniyası aparılmışdı, bütün üzüm bağları dağıdıldı. Nə üçün Azərbaycanda dağıdıldı?! Üzüm istehsalı Gürcüstanda, Ukraynada, Moldovada, Ermənistanda da var idi. Orada niyə üzüm bağlarına dəymədilər, bunları məhz Azərbaycanda qırdılar?! Çünki həm Sovet İttifaqının o illərdəki mərkəzi hökumətinin Azərbaycana münasibəti mənfi idi, həm də yerli rəhbərlər Azərbaycanın maraqlarını qoruya bilməmişlər. Müstəqillik əldə ediləndə ən ağır vəziyyətdə yenə Azərbaycan oldu. Ermənistanın işğalı, torpaqlarımızın işğal altına düşməsi, vətəndaş müharibəsi və demək olar ki, iqtisadi iflic. Əgər belə davam etsəydi, ümumiyyətlə, ölkəmizin gələcəyi sual altında ola bilərdi.
Yenə Azərbaycan xalqı öz müdrikliyini göstərdi, 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Nə baş verdi? Bütün xoşagəlməz məsələlərə tədricən son qoyuldu, sabitlik yarandı. Qanunsuz dəstələr, silahlı birləşmələr Azərbaycana meydan oxuyurdu - hamısı zərərsizləşdirildi, sabitlik yarandı və inkişaf dövrü başladı. 1993-2003-cü illər inkişaf dövrüdür. Bütün ağır problemlər həll olunmağa başlamışdı - sabitlik, yenilik və müasirlik.
Son dövr, 2003-2008-ci illər isə, sadəcə olaraq, 1993-2003-cü illərin məntiqi davamıdır. Bizim həm iqtisadi imkanlarımız artır, həm də bölgədə mövqeyimiz daha da güclüdür. Biz, Azərbaycan istənilən məsələni həll edə bilərik. Biz öz gücümüzə, öz maliyyə imkanlarımıza arxalanaraq bunları edirik. Hər şeyi xalq üçün edirik. Azərbaycan xalqı yaxşı yaşamalıdır - bütün rayonlarda, hər bir kənddə.
Siz çox düzgün qeyd etdiniz, növbəti, 2009-2013-cü illər üçün regional inkişaf proqramı hazırlanır. O Proqramda bütün qalan, bu günə qədər həll olunmamış məsələlər öz həllini tapacaqdır. Hər bir rayon üzrə, hər bir kənd üzrə. Belə ki, bütün sosial-iqtisadi məsələlər, infrastruktur məsələləri öz həllini tapsın və ölkəmiz daha da sürətlə inkişaf etsin.
Bizim əldə etdiyimiz nailiyyətlər bu gün artıq bütün dünya tərəfindən bilinir, qəbul edilir. Azərbaycan nəinki bu bölgənin lider dövlətidir, Azərbaycan həm də dünya üçün çox önəmli ölkəyə çevrilir. Biz Avropanın enerji təhlükəsizliyi məsələlərinə öz töhfəmizi veririk. Bizim iştirakımız olmadan nəhəng qlobal layihələr icra oluna bilməz. Bölgədə gedən proseslər, bölgədəki vəziyyət, sabitlik bir çox hallarda bizim fəaliyyətimizdən, təşəbbüslərimizdən və siyasətimizdən asılıdır. Əlbəttə, bu bizim hamımızı sevindirir. Hər bir vətəndaş sevinir ki, onun dövləti güclənir, onun dövlətinin hörməti artır, imkanları artır. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində. Bax bu gözəl Olimpiya İdman Kompleksi, sadəcə olaraq, son illər ərzində görülən işlərin kiçik bir nümunəsidir. Belə komplekslər Azərbaycanın müxtəlif bölgələrində tikilibdir.
İndi mən Kürdəmir rayonunda yeni konserv zavodunun açılışına gedəcəyəm. Eşitdiyimə görə, o da böyük bir sənaye müəssisəsidir. Belə müəssisələr həm yeni iş yerləri, həm yerli istehsal, həm də idxaldan asılılığın azaldılması deməkdir. Statistik məlumata görə, biz bu gün özümüzü ərzaq məhsulları ilə təxminən 90-95 faiz təmin edirik. Siz yaxşı xatırlayırsınız, sovet vaxtında vahid kənd təsərrüfatı kompleksi mövcud idi. Burada pambıq əkilirdi, üzüm əkilirdi. Rusiyadan buraya yağ, ət və başqa ərzaq məhsulları gətirilirdi. Amma indi özümüz-özümüzü təmin edirik. Təkcə taxılda idxaldan asılılığımız bir az çox idi. Əlavə tədbirlər gördük - güzəştli şərtlərlə gübrənin verilməsi, yanacağın verilməsi nəticəsində bu il 400 min ton artıq taxıl yığılıbdır. Yenə əlavə tədbirlər görülür, yeni anbarlar tikiləcək, “Aqroservis”, “Aqrolizinq” güzəştli şərtlərlə fermerlərə gübrə verəcək. Onun pulunun cəmi 30 faizini ödəyəcəklər, yanacağın isə 50 faizini. Ona görə ki, biz istehsalı stimullaşdıraq, daha da çox istehsal olsun, idxaldan daha da az asılılıq olsun ki, Azərbaycan ərzaq təhlükəsizliyini təmin etsin. Belə olan halda, biz uzunmüddətli inkişafımıza, dayanıqlı inkişafa nail olacağıq. Neft-qaz amilindən asılılıq olmayacaqdır. Mən həmişə demişəm, bunlar bizə Allah tərəfindən verilən böyük sərvətdir. Biz onlardan səmərəli istifadə etməliyik və edirik. Ancaq elə olmamalıdır ki, bizim neftimiz, qazımız var, gəlin heç nə etməyək, oturaq və təkcə o pullarımızdan istifadə edək. Yox, biz gərək onu qoyaq kənara. Amma işləyək, qeyri-neft sektorunu, kənd təsərrüfatını, yerli sənayeni inkişaf etdirək və bütün sosial infrastrukturu yeniləşdirək.
Mən əminəm və heç şübhəm yoxdur ki, bizim gələcək inkişafımız da uğurlu olacaqdır. Buna nail olmaq üçün bütün zəruri amillər var: sabitlik, inkişaf, konkret proqramlar, sosial siyasət, xalq tərəfindən bütün bizim təşəbbüslərimizə müsbət yanaşma və dəstək. Əgər bu dəstək olmasaydı, biz heç nəyə nail ola bilməzdik. Uzaq və yaxın tarix göstərir harada ki, xalqla iqtidar arasında birlik yoxdur, orada heç bir iş görülə bilmir. Daim böhranlı vəziyyət, daim qarşıdurma, daim qarşılıqlı ittihamlar olur. Biz görürük ətrafda nələr baş verir. Bizim uğurumuzun əsas səbəbi odur ki, xalqla iqtidar arasında birlik var. Bax, siz qeyd edirsiniz ki, mən rayonlarda tez-tez oluram. Bəli, gedirəm ki, xalqla bir yerdə olum. Çünki mən sizə xidmət edirəm. Beş il bundan əvvəl mən bu vəzifəyə o məqsədlə gəlmişəm ki, sizə xidmət edim. Bu mənim vəzifə borcumdur. Mən çalışıram ki, vəzifə borcumu ləyaqətlə yerinə yetirim və sizi əmin etmək istəyirəm ki, gələcəkdə də biz çox görüşəcəyik. Kürdəmir rayonunun inkişafı üçün əlavə tədbirlər görüləcəkdir. Belə gözəl açılışlarda biz birlikdə hələ çox iştirak edəcəyik.
Mən sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, Kürdəmir rayonunun inkişafı bundan sonra da sürətlə getsin. Sağ olun.

24 sentyabr 2008-ci il
Xəbər 2976 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.02.2022 Prezident İlham Əliyev: İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır
07.09.2021 Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
13.12.2018 Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
13.12.2018 Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
19.12.2017 Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
18.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
29.09.2017 Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
24.12.2016 Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)
24.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru