Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
12/08 | 21:08 “Williams” komandası İspaniyada Roy Nissaniyə şans verəcək
12/08 | 20:35 Millimizin baş məşqçisi Canni De Byazi yığmaların məşqini izləyib
12/08 | 20:07 Həbib Nurməhəmmədov Castin Getji ilə qarşılaşmasının ilin ən yaxşı döyüşü olacağına ümid edir
12/08 | 19:29 Azərbaycan Premyer Liqasının birinci turunun təqvimi müəyyənləşib
12/08 | 19:08 “Qarabağ” klubu “Sampdoriya”nın qapıçısını heyətinə qata bilər
12/08 | 18:04 Millimizin futbolçusu Ukrayna klubu ilə müqaviləsini yeniləyib
12/08 | 17:43 “Neftçi”nin rəqibi Albaniyanın “Vlazniya” klubunun müdafiəçisini transfer edib
12/08 | 16:54 Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim edilib
12/08 | 16:42 AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının rəhbərliyinə seçkilər keçirilib
12/08 | 16:24 Velosipedçilərimiz dünya çempionatına Tovuzda hazırlaşacaqlar
12/08 | 16:00 Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atılıb
12/08 | 15:52 ABŞ-da qadın tennisçilər arasında beynəlxalq turnir davam edir
12/08 | 15:32 FIFA iki turniri təxirə salıb
12/08 | 15:00 Mayk Tayson və Roy Cons arasında keçiriləcək döyüş titul xarakterli olacaq
12/08 | 14:53 MBA-nın müntəzəm çempionatında mübarizə davam edir
12/08 | 14:13 “Neftçi” hazırlığı bərpa edib
12/08 | 12:20 XXXII Ümumdünya Yay Universiadasının Atletlər kəndinin inşasına oktyabrda başlanılacaq
12/08 | 10:43 UEFA Avropa Liqasının son iki yarımmfinalçısı məlum olub
12/08 | 10:04 Azərbaycan komandası yoldaşlıq görüşündə Rusiya şahmatçılarına məğlub olub
12/08 | 09:53 “Qarabağ” “Sabah”ın qapısından iki cavabsız top keçirib
11/08 | 20:21 Millimizin baş məşqçisi Canni De Byazi “Qarabağ”-“Sabah” oyununu izləyəcək
11/08 | 19:14 Boksçularımızın təlim-məşqləri ümumi fiziki hazırlığın artırılmasına yönəlib
11/08 | 18:51 “Neftçi”nin rəqibi heyətini gücləndirir
11/08 | 18:37 Azərbaycan və Rusiya şahmatçıları arasında yoldaşlıq görüşü başlayıb
11/08 | 17:48 “Səbail”in futbolçusu karyerasını Rumıniyada davam etdirəcək
11/08 | 16:54 Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçiləri müəyyənləşib
11/08 | 16:36 “Sumqayıt”ın rəqibini yaxından tanıyaq
11/08 | 16:16 Bakıda açıq havada şahmat turniri keçiriləcək
11/08 | 15:20 “Real Madrid” yarımmüdafiəçisini “Vilyarreal”a icarəyə verib
11/08 | 14:13 “Neftçi”-“Şkupi” matçının başlanma saatı müəyyənləşib
11/08 | 14:00 “Liverpul” yunanıstanlı müdafiəçini transfer edib
11/08 | 13:50 Boccia üzrə milli komandamızın Zaqatalada təlim-məşq toplanışı başlayıb
11/08 | 13:18 Bakı - Rio-de-Janeyro
11/08 | 11:02 UEFA Avropa Liqasının ikinci yarımfinalçısı məlum olub
11/08 | 10:06 “Qəbələ” heyətinə yeni futbolçu cəlb edib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Milli Olimpiya Komitəsinin V Hesabat-seçki Baş Məclisində Azərbaycan Respublikasının Prezidenti, MOK-un prezidenti İlham Əliyevin nitqi
Tarix: 26.12.2008 | Saat: 20:33:00 | E-mail | Çapa göndər
- Əziz dostlar!
- Hörmətli Milli Olimpiya Komitəsinin üzvləri!
Sizin hamınızı ürəkdən salamlayıram. Bugünkü yığıncaq dörd ildə görülən işlərə yekun vuracaqdır. Azərbaycanda son dörd ildə həm idman hərəkatı, həm də Olimpiya Hərəkatı çox uğurla inkişaf etmişdir. Azərbaycanda bundan əvvəlki illərdə əldə edilmiş uğurlar daha da möhkəmlənmişdir. Bizim idmançılarımız dörd il ərzində müxtəlif beynəlxalq yarışlarda, o cümlədən dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında, digər beynəlxalq yarışlarda çox yüksək nəticələr göstərmiş, Azərbaycana çoxlu medallar gətirmişlər. Bu, çox sevindirici haldır və onu göstərir ki, Azərbaycanda gözəl gənc nəsil yetişir. Son Olimpiya oyunlarında medalçıların arasında bizim gənc idmançılarımız da var. Onlar son dörd il ərzində, demək olar ki, idmançı kimi yetişiblər. Yəni, Azərbaycanda idman ənənələri yaşayır, möhkəmlənir, yeni istedadlar meydana çıxır, yeni gözəl idmançılar yetişir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda idmana, olimpiya hərəkatına göstərilən diqqət öz praktik nəticələrini verir. Bütün bu nailiyyətlər bizi daha da ruhlandırır və öz işimizi bundan sonra da düşünülmüş şəkildə, qəbul edilmiş konsepsiya şəklində aparacağıq.
Bu vaxta qədər görülən bütün işlərdə ardıcıllıq var, bütün işlər bir-birini tamamlayır. Azərbaycanda idmana, idmançıların yetişməsinə diqqət, məşqçilərə dəstək, idman mütəxəssislərinin bu işlərdə fəal iştirakı - bütün bu amillər bir məqsədi güdür. O da ondan ibarətdir ki, Azərbaycanda idman daha da sürətlə inkişaf etsin, idman hərəkatı, Olimpiya Hərəkatı genişlənsin, idmanla məşğul olmaq üçün bütün lazımi şərait yaradılsın.
Son dörd ildə Olimpiya Hərəkatında Azərbaycanın iştirakı çox uğurlu olmuşdur. Biz beynəlxalq və Avropa olimpiya komitələrinin bütün tədbirlərində fəal iştirak etmişik. Son dörd il ərzində Azərbaycana həm Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, həm də Avropa Olimpiya Komitəsinin baş katibi səfərlər etmişlər. Bu, Azərbaycana göstərilən böyük diqqətdir. Bizim uğurlarımıza verilən böyük qiymətdir. Beynəlxalq və Avropa olimpiya komitələrinin ən yüksək vəzifəli şəxsləri Azərbaycanda idmanın uğurlu inkişafını vurğulamışlar. Qeyd etmişlər ki, Azərbaycan idman dövlətidir. İdmana dövlət dəstəyi və bütün idman ictimaiyyətinin birgə fəaliyyəti nəticəsində Azərbaycan qısa müddət ərzində çox böyük uğurlara nail ola bilmişdir.
Bununla yanaşı, müxtəlif beynəlxalq idman federasiyalarının rəhbərləri dəfələrlə Azərbaycanda olmuşlar. Onların iştirakı ilə Azərbaycanda müxtəlif beynəlxalq yarışlar keçirilmişdir. Son dörd il ərzində Azərbaycanda dünya və Avropa çempionatları ən yüksək səviyyədə keçirilmişdir. Güləş üzrə dünya çempionatının keçirilməsi bizim bütün imkanlarımızı göstərdi. Onu göstərdi ki, dünyanın ən böyük idman yarışlarından birinin Azərbaycanda keçirilməsi düzgün qərar idi. 100-dən çox ölkədən komandalar iştirak edirdi və onların hamısı üçün yaxşı şərait yaradılmışdı. Yəni artıq bizdə bu təcrübə var, istənilən beynəlxalq yarışın keçirilməsi üçün Azərbaycanda imkanlar vardır.
İnfrastruktur güclənir, ölkəmizdə beynəlxalq səviyyəli olimpiya komplekslərinin tikintisi geniş vüsət almışdır. Bu proqram təxminən 8 il əvvəl başlanmışdır və ondan sonrakı dövrdə, xüsusilə son dörd il ərzində yeni gözəl olimpiya komplekslərinin açılması idman infrastrukturunun möhkəmlənməsinə xidmət göstərir. Bu komplekslər bölgələrdə yaradılır. Bölgələrdə, Azərbaycanın rayonlarında həmişə çox böyük idman istedadları olmuşdur. İndi o bölgələrdə olimpiya komplekslərində işlər düzgün qurulmalıdır ki, onlar daim fəaliyyətdə olsun, idmançılar orada daim məşq etsinlər, uşaqlar, gənc nəsil yetişsin. Yəni onlar bölgələrdə bir növ idman mərkəzləri kimi fəaliyyət göstərir. O komplekslərdə bütün gözəl şərait yaradılıb, hər birində üzgüçülük hovuzu, müxtəlif ictimai binalar, mehmanxanalar vardır. Bu, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına töhfədir. Biz bütün bu işlərə Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin birgə fəaliyyəti nəticəsində nail ola bilmişik.
Bu gün Azərbaycanda istənilən beynəlxalq tədbiri keçirmək mümkündür. Bölgələrdə yeni olimpiya komplekslərinin tikintisi 2009-cu ildə də davam edəcəkdir. Biz geniş proqramı qəbul edəndə, ilk növbədə, hər bölgədə bir kompleksin tikintisini nəzərdə tutmuşduq. Bu gün isə vəzifə qoyulub ki, hər bir rayonda, nəinki rayonda, eyni zamanda, qəsəbələrdə, Bakıətrafı qəsəbələrdə idman qurğuları tikilir. Yəni bu, Azərbaycanda idmanın inkişafına çox böyük xidmət göstərən proqram və siyasətdir. Bununla bərabər, bu, gənc nəslin sağlam yetişdirilməsi üçün gözəl imkanlar yaradır.
Biz çox şadıq ki, Azərbaycanda yeniyetmələr, uşaqlar arasında idmanla məşğul olmaq üçün böyük həvəs var. Uşaqlar böyük həvəslə idman bölmələrinə gəlirlər, idmanla məşğul olurlar. Onlar xüsusilə görəndə ki, ölkəmizin şöhrətini ucaldan idmançılara diqqət göstərilir, Azərbaycanda olimpiyaçılar əslində idman qəhrəmanları kimi qəbul olunur və onlara həm dövlət tərəfindən, həm də ictimai qurumlar tərəfindən dəstək və qiymət verilir, əlbəttə ki, daha da ruhlanırlar. Biz elə etməliyik, idmanla məşğul olmaq istəyənlərin sayı artsın və deyə bilərəm ki, buna nail olmuşuq. Azərbaycanda idmançı adı çox qiymətlidir. Mən çox şadam ki, bizim tanınmış, görkəmli idmançılarımız gənc nəsil üçün də nümunədirlər. Təkcə idman sahəsində əldə edilmiş nailiyyətlərlə yox, eyni zamanda, həyat tərzi ilə. Bizim idmançılarımız çox dəyərli vətəndaşlardır. Olimpiyaçılarımız, onların ictimai işlərdə fəaliyyəti, cəmiyyətdə nüfuzu, rolu artmalıdır. Gənc nəsil üçün də bundan gözəl nümunə ola bilməz. Bir tərəfdən, bu amillər, digər tərəfdən, idmanla məşğul olmaq üçün yaradılmış şərait, dövlət tərəfindən idman hərəkatına, olimpiya hərəkatına göstərilən dəstək - bütün bunlar bizim uğurlarımızı şərtləndirir.
Bununla bərabər, mən bir cəhəti də xüsusi vurğulamaq istəyirəm, çünki biz bunu heç də hər ölkədə görmürük. Azərbaycanda bütün idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri, federasiyalar, klublar vahid komanda şəklində fəaliyyət göstərir. Bizim uğurumuzun, deyə bilərəm, əsas şərtlərindən biri də ondan ibarətdir ki, burada heç bir anlaşılmazlıq yoxdur, heç bir ziddiyyət yoxdur. Mən ona görə bunu vurğulayıram ki, bir çox ölkələrdə idman qurumları arasında rəqabət aparılır və bu, sağlam rəqabət deyildir. Yəni bu rəqabət gözəl nəticələrə gətirib çıxarmır. Azərbaycanda dövlət tərəfindən müəyyən edilmiş idman siyasəti çərçivəsində bütün idman qurumları öz fəaliyyətini sağlam əsaslarda həyata keçirirlər.
Mən çox şadam ki, Azərbaycanda idmanın inkişafı, Olimpiya Hərəkatının inkişafı çox sürətlidir, çox uğurludur. Bu, ölkəmizin potensialını göstərir. Olimpiya oyunları isə son dörd il ərzində görülən işlərin zirvəsidir. Yəni Olimpiya Hərəkatında görülən bütün işlərin son məqsədi Yay Olimpiya oyunlarında idmançılarımızın uğurlu çıxışlarını təmin etməkdən ibarət olmuşdur. Görülən bütün işlər bu məqsədi güdürdü. Mən çox şadam ki, Azərbaycanın idmançıları, Azərbaycanın milli komandası Pekin Yay Olimpiya oyunlarında çox yüksək nəticə göstərmişdir. 7 medalın qazanılması çox böyük nailiyyətdir.
Ötən hər il, hər olimpiya oyunlarından sonrakı illər çox məsuliyyətli dövr olmuşdur. Baxmayaraq ki, Sidney və Afina Olimpiya oyunlarında bizim idmançılarımız çox yüksək nəticələr göstərmişdilər, ancaq bu, heç də bizdə arxayınçılıq hissinin yaranmasına gətirib çıxarmadı. Əksinə, Olimpiya oyunları başa çatandan sonra növbəti dördillik müddətdə görüləcək işlər haqqında dərhal müvafiq qərarlar qəbul edilmişdir. Yəni Olimpiya oyunları çox mühüm bir mərhələdir. Yeganə beynəlxalq forumdur ki, orada ölkələr bir-biri ilə rəqabət aparır. Bildiyiniz kimi, bu rəqabət ildən-ilə daha da güclənir, artır. Bütün ölkələr çalışır ki, onların milli komandası daha da yüksək yer tuta bilsin.
Əlbəttə, hər bir Azərbaycan vətəndaşını sevindirən odur ki, bizim idmançılarımız Olimpiya oyunlarında Azərbaycanı ləyaqətlə təmsil etmişlər, çox böyük peşəkarlıqla, Vətən sevgisi ilə, vətənpərvərlik hissi ilə yarışmışlar, döyüşmüşlər və yüksək nəticələr göstərmişlər. Bir daha demək istəyirəm ki, 7 medalın qazanılması çox böyük nailiyyətdir. Onlardan biri qızıl, ikisi gümüş, dördü bürünc medaldır.
Növbəti Olimpiya oyunlarına hazırlıq yəqin ki, gələn ilin əvvəlindən başlanmalıdır. Olimpiya oyunlarında əldə edilmiş nəticələr bizi sevindirir. Ancaq bununla bərabər, biz Olimpiya oyunlarının nəticələrini çox düzgün təhlil etməliyik. Xüsusilə o idman növlərində ki, orada medallar qazanmaq mümkün olmamışdır. Yəni o idman növlərinin inkişafı üçün, orada işlərin daha da səmərəli şəkildə aparılması üçün əlavə tədbirlər görülməli və bunlar konkret xarakter daşımalıdır. Deyə bilərəm ki, bizim uğurlarımızın əsas səbəblərindən biri də ondan ibarətdir ki, qərarlarımız konkret xarakter daşıyır. Yəni heç vaxt şüar şəklində qalmır. Biz nə deyiriksə, onu da edirik və bir daha demək istəyirəm ki, görülən bütün işlər bir məqsədi güdür: Azərbaycanda idman inkişaf etsin, idmançılara daha yaxşı şərait yaradılsın və Azərbaycanda Olimpiya Hərəkatı genişlənsin.
Beləliklə, hesab edirəm ki, növbəti dörd il ərzində həm bizim üçün ənənəvi olan idman növlərinin inkişafından, orada daha da yaxşı şəraitin yaradılmasından ötrü əlavə tədbirlər görülməlidir və Olimpiya oyunlarında iştirak etmiş, amma medal qazana bilməmiş idmançıların fəaliyyəti əlbəttə, təhlil edilməlidir. Bəlkə, əlavə tədbirlər görülməlidir. Yəni onu demək istəyirəm ki, çox istəyirəm medal qazanan idmançıların sayı da çox olsun və idman növlərində qazanılan medalların sayı da çox olsun. Bunu etmək mümkündür. Mən hesab edirəm ki, növbəti dörd il ərzində bu məqsədlərə çatmaq üçün konkret işlər görüləcək və görülməlidir. Bir daha deyə bilərəm ki, bütün bu işlər konkret məsələlər üzərində dayanmalıdır.
Biz idmanda əldə edilmiş nailiyyətlərlə haqlı olaraq fəxr edə bilərik. Azərbaycanın idman ailəsi böyüyür. Doğrudan da, bu, bir ailədir. Mən bayaq qeyd etdim ki, idmanla məşğul olan bütün qurumlar bir komanda şəklində işləyirlər. Eyni zamanda idmançılar, idman mütəxəssisləri, məşqçilər, veteranlar - onlar da ümumi uğurumuza öz dəyərli töhfələrini verirlər. Bundan sonrakı illərdə də idmanda fərqlənmiş insanlar - idmançılar, veteranlar, məşqçilər dövlət tərəfindən daim dəstəklənəcəkdir. Azərbaycan dövləti öz qayğısını, diqqətini əsirgəməyəcəkdir. Azərbaycan dövləti bundan sonra da lazım olan bütün şəraitin yaradılmasında - həm idmanla məşğul olmaq üçün, peşəkarlığı artırmaq üçün, həm də məişət problemlərinin həlli üçün öz mühüm rolunu oynayacaqdır.
Mən bütün idmançıları, idman mütəxəssislərini bir daha salamlamaq istəyirəm. Bu gün bizim tədbirimizdə səslənəcək məruzələr görülmüş işlər haqqında bir daha geniş təəssürat yaradacaqdır. Bununla bərabər, bildiyiniz kimi, Milli Olimpiya Komitəsi çox böyük hesabat hazırlamışdır. Bu hesabat sizə paylanılıbdır. Əminəm ki, bundan sonrakı müzakirələr bizim əsas məqsədimizə çatmaq üçün öz rolunu oynayacaqdır.
Sizi bir daha salamlayıram. Sizə uğurlar arzulayıram.
Sağ olun.

26 dekabr 2008-ci il
Xəbər 2110 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.12.2018 Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
13.12.2018 Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
19.12.2017 Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
19.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
29.09.2017 Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
24.12.2016 Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)
25.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir
24.12.2015 Azərbaycan Prezidenti: Bizim idman uğurlarımız ildən-ilə artır
24.12.2015 Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
50 gündən sonra yenidən açıq havada idman yarışlarına icazə verildi
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru