Martın 13-də Goranboy rayonunda futbol üzrə “Coca-Cola məktəbli kuboku” (final) keçirilib.
Goranboy şəhər 2 saylı orta məktəbdə 56 iştirakçı, 4 məşqçi, 4 hakimin iştirakı ilə keçirilən yarışın məqsədi rayonda futbolun inkişafı, uşaq və yeniyetmələrdə dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi, asudə vaxtın səmərəli təşkili olub.
Sonda birinciyə şəhər 2 saylı, ikinciyə Rəhimli kənd, üçüncü yerə Veyisli kəndi layiq görülüblər.
|