Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Prezidenti İlham Əliyev Respublika Taekvondo Federasiyasının rəhbərliyi,Avropa çempionatlarında medal qazanmış idmançılar və onların məşqçiləri ilə görüşmüşdür
Tarix: 21.06.2006 | Saat: 13:38:00 | E-mail | Çapa göndər
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Milli Olimpiya Komitəsinin binasında Respublika Taekvondo Federasiyasının rəhbərliyi, Avropa çempionatlarında medal qazanmış idmançılar və onların məşqçiləri ilə görüşmüşdür.
Dövlətimizin başçısı idmançıları təbrik etdi, idmanın bu növünün ölkəmizdə sürətlə inkişaf etdiyini bildirərək dedi:
- Taekvondo Federasiyasının uğurları bizi çox sevindirir. Artıq sizin qələbələriniz ənənəvi xarakter daşıyır. Müxtəlif beynəlxalq yarışlarda çox uğurla çıxış edir və Vətənə böyük mükafatlarla qayıdırsınız. Son müddət ərzində bir neçə idmançı Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Beləliklə, bu, həm ölkəmizdə taekvondo idman növünün inkişafını təmin edir, eyni zamanda, Azərbaycanın idman şöhrətini ucaldır.
Hamımız yaxşı xatırlayırıq ki, iki il bundan əvvəl Afinada Yay Olimpiya oyunlarında bizim idmançılarımız medallara çox yaxın olmuşdular. Ancaq hakimlərin ədalətsiz qərarlarına görə medal ala bilməmişdik. Amma buna baxmayaraq, mübarizə əzminiz qırılmadı, əksinə, siz o ədalətsizliyə qarşı öz iradənizi ortaya qoymusunuz və Olimpiadadan keçən dövr ərzində müxtəlif yarışlarda çox yaxşı çıxış etmisiniz. Ona görə, bu gün mən bu münasibətlə sizi təbrik etmək istəyirəm. Öz minnətdarlığımı bildirmək istəyirəm ki, siz Azərbaycanın bayrağını həmişə yüksəklərdə saxlayırsınız və qələbə ənənələri davam edir.
Qarşıda başqa çempionatlar olacaq, Olimpiya oyunlarına artıq iki il qalıbdır. Şübhəsiz ki, siz də bunu nəzərə alaraq, Olimpiya oyunlarına hazırlaşırsınız. Mən əminəm ki, biz Olimpiya oyunlarına lisenziya qazanacağıq və taekvondoçular öz çıxışları ilə bizi sevindirəcəklər. Sizi bir daha salamlayıram, bütün qələbələr münasibətilə təbrik edirəm.
Federasiyanın rəhbərliyini təbrik edir və onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bilirəm ki, sizin beynəlxalq əlaqələriniz də möhkəmlənir. Kəmaləddin Heydərov Beynəlxalq Taekvondo Federasiyası İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti seçilibdir. Bu, çox böyük göstəricidir. Yəni dünya idman aləmi, Beynəlxalq Taekvondo Federasiyası sizin qələbənizi etiraf edir. Çünki idman belədir ki, hər şeyi medallar həll edir. İşlər yaxşı təşkil oluna, çox gözəl tədbirlər keçirilə bilər, Azərbaycanda da çempionatlar keçirilə bilər və keçirilir də. Ancaq əgər medal yoxdursa, nəticə yoxdursa, onda bunun əhəmiyyəti faktik olaraq itir. Sizdə həm gözəl nəticələr var, eyni zamanda, bütün təşkilati məsələlər öz həllini tapır.
Beynəlxalq Taekvondo Federasiyası ilə çox yaxşı əlaqələriniz var. Səhv etmirəmsə, Beynəlxalq Taekvondo Federasiyasının başçısı, prezidenti Azərbaycanda iki dəfə olmuşdur. Yəni burada gedən işlərlə tanış olubdur. Artıq üç ilə yaxındır ki, burada gözəl Taekvondo Mərkəzi fəaliyyət göstərir. Biz onu 2003-cü ildə bərabər açmışdıq və ondan sonra böyük mərkəzə çevrilibdir. Bilmirəm, regionda yerləşən başqa ölkələrdə belə mərkəzlər var, yoxsa yox. Hər halda, inanmıram ki, olsun. Yəni siz bu məsələlərə hərtərəfli yanaşmısınız. Belə olan halda, əlbəttə, nəticələr də olacaqdır.
Federasiya, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri - hamısı birlikdə işləyir və beləliklə, bizim qələbələrimizi təmin edirlər. Ona görə sizi bir daha təbrik edirəm və idmançılara yeni-yeni uğurlar arzulayıram.

* * *

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov görüşdə çıxış edərək, ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğıdan danışdı, bu qayğının dünya idman təşkilatları tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. O dedi:
- Möhtərəm cənab prezident, bu gün bizi qəbul etdiyinizə, bizim idmançılar, federasiya haqqında dediyiniz xoş sözlərə və işimizə verdiyiniz yüksək qiymətə görə bütün idmançılar, taekvondoçular adından Sizə dərin təşəkkürümüzü bildiririk. Qarşımıza qoyduğunuz əsas məqsədə çatmaq - Olimpiya oyunlarında medallar qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyimizə söz veririk.
Bildiyiniz kimi, mayın 26-28-də Avropa çempionatında 12 idmançımız iştirak edirdi və onlar 5 medal - 1 qızıl, 3 gümüş və 1 bürünc medal gətirmişlər. Sevindirici haldır ki, Şəhrun Yusifova da medala layiq görülmüşdür. Ulu öndərimiz Azərbaycan gəncliyinə müraciətində deyirdi ki, sağlam bədəndə sağlam ruh olar. Taekvondoçular da bu sözləri rəhbər tutmuşlar. Bu gün Azərbaycanda bölmələrdə 15 mindən artıq gənc taekvondo ilə məşğul olur. Gənclərin artıq yeni nəslinin taekvondoya marağı artıbdır, İlkin Şahbazov Avropa çempionu adını qazanmışdır. Balaca uşaqlar da bu idman növü ilə məşğul olurlar. Tanınmış idmançılardan Niyaməddin Paşayev zədələndiyinə görə çempionatda 5-ci yerə çıxmış, Rəşad Əhmədov isə 2-ci yeri tutmuşdur. Bütün bunlar Sizin gənclər və idman siyasəti sahəsində apardığınız işlərin nəticəsidir.
Möhtərəm cənab prezident, bu yaxınlarda Vyetnamda gənclər arasında dünya çempionatı olacaqdır. İdmançılarımız orada Azərbaycanı təmsil edəcəklər. Ola bilsin, orada bir məsələ də həll edilsin. Yəni, növbəti dünya çempionatı Azərbaycanda keçirilsin. Biz buna çalışırıq.
İlham Əliyev: Siz əvvəl də keçirmişdiniz.
Kəmaləddin Heydərov: Avropa çempionatı idi.
İlham Əliyev: Bu, yaxşı olar.
Kəmaləddin Heydərov: Biz Olimpiadaya lisenziyalar əldə etmək istəyirik.
İlham Əliyev: Keçən Olimpiadada iki idmançı - Niyaməddin Paşayevlə Rəşad Əhmədov iştirak edirdilər.
Kəmaləddin Heydərov: Bəli, bu dəfə iki qız, iki oğlan idmançı hazırlaşdırırıq.
İlham Əliyev: Artıq Şəhrun Yusifova medal qazanıbdır. Bu, çox yaxşıdır.
Kəmaləddin Heydərov: Finalda uduzduğu İspaniya idmançısı ikiqat dünya çempionu, üçqat Avropa çempionudur.
İlham Əliyev: Növbəti dəfə udar. Sənin neçə yaşın var?
Şəhrun Yusifova: İyirmi iki.
İlham Əliyev: İdmanla çoxdan məşğul olursan?
Şəhrun Yusifova: 3 ildir.
Kəmaləddin Heydərov: Cənab prezident, idmançıların sosial qayğılarına diqqət göstərdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.
İlham Əliyev: İlin sonunda növbəti mükafatlar olacaqdır. Siz də öz siyahınızı verin. Biz gərək idmançıları mükafatlandıraq, ev şəraitlərini yaxşılaşdıraq. Yəqin ki, dekabr ayında buna kompleks şəkildə baxacağıq. Amma, əlbəttə, indi başqa imkanlar olarsa, həll etməliyik.
Bu uğurlar onu göstərir ki, indi yeni uşaqlar, cavanlar yetişir. Əsas odur ki, uşaq, yeniyetmə idmanı olmasa, ölkədə idman inkişaf edə bilməz. Demək olar ki, bizim idmançılarımızın tam əksəriyyəti öz yetirmələrimizdir. Əvvəllər xaricdən dəvət edirdik. Yadımdadır, 2000-ci ildə. 2004-cü ildə Olimpiya oyunlarında faktik olaraq yox idi. Bizim öz istedadlarımız var, gənclər çox güclüdürlər. Azərbaycanda idman çox inkişaf edir. İndi hər bir yerdə, hər bir bölgədə olimpiya idman kompleksləri tikilir. Gənclər orada məşqlərə başlayır, sonra müxtəlif yarışlarda çıxış edirlər. Şəhrun taekvondo ilə cəmi 3 ildir məşğul olur. Əgər hamınız taekvondoya bu qədər diqqət göstərməsəydiniz, bəlkə də o, başqa idman növü ilə məşğul olardı, yaxud da heç məşğul olmazdı. İndi məşğul olmaq üçün hər cür imkan var. İdman belədir ki, əgər ənənə varsa, o, daim saxlanılmalıdır. Bizim ənənəvi növlərimiz var. Məsələn, Azərbaycanda həmişə güləş olubdur. Taekvondo heç vaxt olmayıbdır. Bəziləri heç bilmirdi ki, bu nədir. 1980-ci illərdə karate çox məşhur olubdur. O vaxt karateyə rəsmi icazə verilmirdi. Amma taekvondonun ənənələrini siz yaradırsınız, özü də qısa müddət ərzində. Faktik olaraq biz buna Sidneydə fikir verdik. Biz sübut edirik ki, idman ölkəsi kimi möhkəmlənirik. Əlbəttə, Pekin Olimpiya oyunları daha çətin olacaqdır. Çünki çinlilər çox ciddi hazırlaşırlar. Onlar ümumiyyətlə, vəzifə qoyublar ki, bütün medalları qazansınlar. Belə ki, orada idman sahəsində belə inkişaf getdiyinə görə çətin olacaqdır. Hansı idman növlərində də iştirak etmirlər, yaxud zəif çıxış edirlər, o növlərə də böyük diqqət göstərirlər. Yəni, Pekində çətin olacaqdır. Ona görə gərək indidən hazırlaşasınız.

* * *
Sonra prezident İlham Əliyev taekvondo üzrə Avropa çempionatının mükafatçıları və taekvondo federasiyasının nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

21 iyun 2006-cı il
Xəbər 1066 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.10.2023 Qadın həndbolçularımız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar
23.11.2022 Prezident İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib
10.11.2022 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
22.08.2022 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
19.07.2022 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
14.06.2022 Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib
25.12.2019 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.12.2019 Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru