İmişli rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “5 mart – Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar 4-5 mart tarixlərində uşaq, yeniyetmə və gənclər arasında idmanın boks növü üzrə açıq rayon birinciliyi keçirilib.
Yarışda rayon idmançıları ilə yanaşı Gəncə, Ağcabədi, Tər-tər, Fizuli, Bərdə, Mingəçevir və Ağdam rayonlarının komandaları da iştirak edib.
120 nəfər iştirakı ilə keçirilən birincilikdə hər çəkidə birinci, ikinci, üçüncü yerləri tutmuş idmançılar diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılıblar.
|