İngiltərə Premyer Liqasında 19-cu turun oyunları keçirilib. Turun 9 görüşü bir gündə baş tutub.
Evində “Mançester Yuayted” “Nyukasl”ı qəbul edib. Görüşdə azarkeşlər bol qollu oyuna şahidlik edib. Rəqibini 4:3 hesabı ilə məğlub edən “qırmızı şeytanlar” meydandan qələbə ilə ayrılıb.
Səfərdə “Norviç”in qonağı olan “Çelsi” isə minimal hesablı qələbəyə sevinib.
“Sanderlend” – “Mançester Siti”, “Stok Siti” – “Liverpul” qarşılaşmasında isə sevinən tərəf meydan sahibləri olub.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 19-cu turuna “Arsenal” – “Vest Hem” oyunu ilə yekun vurulacaq. Bu qarşılaşma isə yanvarın 23-də baş tutacaq.
İngiltərə Premyer Liqası
19-cu tur
26 dekabr
“Everton” – “Vigan” – 2:1
Osman, 52, Jaqielka, 77 – Kone, 82
“Fulhem” – “Sauthempton” – 1:1
Qollar: Berbatov, 8 – Lambert, 85-pen.
“Mançester Yuayted” – “Nyukasl” – 4:3
Evans, 25, Evra, 58, Van Persi, 71, Hernandes, 90 – Perç, 4, Evans, 29-öz qapısına, Sisse, 68
“Norviç” – “Çelsi” – 0:1
Mata, 38
“Ridinq” – “Suonsi” – 0:0
“Sanderlend” – “Mançester Siti” – 1:0
Conson, 53
KPR – “Vest Bromviç” – 1:2
Sisse, 68 – Brunt, 29, Qrin, 49-öz qapısına
“Aston Villa” – “Tottenhem” – 0:4
Defo, 58, Q.Beyl, 61; 73; 84.
“Stok Siti” – “Liverpul” – 3:1
Uolters, 5; 49, Cons, 12 – Cerard, 2-pen
23 yanvar
“Arsenal” – “Vest Hem”
|