İtaliya A seriyasında 16-cı turun oyunlarına yekun vurulub. Turun son oyun günündə iki qarşılaşma baş tutub.
Səfərdə "Sampdoriya"nın qonağı olan "Udineze" rəqibini ilk hissədə vurduğu 2 qolla məğlub etməyi bacarıb.
"Boloniya" - "Latsio" görüşündə isə tərəflərin ciddi cəhdlərinə baxmayaraq 90 dəqiqə ərzində tablodakı sıfırlar dəyişməyib. Matç 0:0 hesabı ilə başa çatıb.
İtaliya A Seriyası
XVI tur
8 dekabr
"Atalanta" - "Parma" - 2:1
Denis, 4, Peluso, 38 - Amauri, 45
"Roma" - "Fiorentina" - 4:2
Taçsidis, 7, Totti, 19; 45, Osvaldo, 89 - Fakundo, 14, Əl Hamdoui
9 dekabr
"Siena" - "Kataniya" 1:3
Rosina, 10 - Kastro, 50, Berqessio, 67; 82
"Torino" - "Milan" 2:4
Santana, 28, Byanki, 80 - Robinyo 40, Noçerino, 53, Patsini, 62, Əl Şaravi, 76
"Peskara" - "Genua" 2:0
Abbruscato, 52, Vukusiç, 73
"Kalyari" - "Kievo" 0:2
Paloşi, 67, Terau, 87
"Palermo" - "Yuventus" 0:1
Lixştayner, 50
"İnter" - "Napoli" 2:1
Quarin, 8, Milito, 39 - Kavani, 54
10 dekabr
"Sampdoriya" - "Udineze" 0:2
Danilo, 17, Di Natale, 28
"Boloniya" - "Latsio" 0:0
|