Boks üzrə Azərbaycan milli komandası Qazaxıstanın paytaxtı Astanada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq.
Bu gün start götürəcək “Elorda Cup”da yığmamızın 6 idmançısı gücünü yoxlayacaq.
Məşqçilər korpusu yarışda Nicat Hüseynov (54 kq), Kamil Babayev (57 kq), Ramazan Abdullayev (63,5 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (86 kq) və Məhəmməd Abdullayevi (+92 kq) sınayacaq.
“Elorda Cup”da İlqar Qasımzadə hakim qismində yer alacaq.
Qeyd edək ki, turnirə Azərbaycan və Qazaxıstanla yanaşı, Mərakeş, Çin, Yaponiya, Hindistan, Koreya, İran, Monqolustan, Özbəkistan, Tacikistan və Qırğızıstan yığmaları qatılıblar.
|