İsrailin Hayfa şəhərində keçirilən sambo üzrə Avropa çempionatında gənclərin yarışına yekun vurulub.
Millimiz çempionatda daha üç medal qazanıb. Belə ki, Sahib Babayev (58 kq), Səməd Şıxıyev (79 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) bürünc medala sahib olublar.
Ötən gün kişilərin yarışında Mirfəttah Seyidəliyev (64 kq) gümüş, Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) bürünc medal əldə ediblər.
Yarışlarda Azərbaycan ilə yanaşı, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Almaniya, Yunanıstan, İsrail, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kipr, Latviya və digər ölkələrdən idmançılar iştirak edirlər.
Aprelin 22-də kadet yaş kateqoriyasında olan samboçular Avropa çempionatında mübarizəyə qoşulacaqlar. Ölkəmizin idman şərəfini İsmayıl Əlipənahov (49 kq), Toğrul Kərimli (53 kq), Nihad Rəhimov (58 kq), Sadiq Nadirov (64 kq), Kənan Məmmədli (71 kq) və Hüseyn Hüseynli (88 kq) qoruyacaqlar.
Millimiz baş məşqçi Vahid Tarverdiyev, məşqçilər Cabir İsmayılov və Elçin İbrahimovun rəhbərliyi altında mübarizə aparacaqlar.
|