Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ötən ilin ən yaxşı gənc oyunçularından ibarət rəmzi komandanı açıqlayıb.
Rəmzi komandaya 20 yaşadək futbolçuların adı daxil edilib.
Heyətdə qapıçı – Qevin Bazunu (“Sautqempton”, İrlandiya), müdafiəçilər – Pyero İnkapie (“Bayer”. Ekvador), Yoşko Qvardiol (“Leyptsiq”, Xorvatiya), Nunu Mendeş (PSJ, Portuqaliya), yarımmüdafiəçilər - Qavi (“Barselona”, İspaniya), Cud Bellinqem (“Borussiya”, İngiltərə), Pedri (“Barselona”, İspaniya), Eduardo Kamavinqa (“Real Madrid”, Fransa), hücumçular – Camal Musiala (“Bavariya”, Almaniya), Karim Adeyemi (“Borussiya”, Almaniya) və Ansu Fati (“Barselona”, İspaniya) yer alıblar.
|