Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
11/09 | 11:10 Azərbaycanlı karateçi Rumıniyada keçirilən Avropa çempionatının qalibi olub. "Report" xəbər verir ki, qitə miqyaslı turnirdə Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən ənənəvi karate, “KVU-VFKF birliyi”nin üzvləri iştirak ediblər. Beynəlxalq Kyokuşin-Kan karate təşkilatı tərəfindən keçirilən və Klyuj Napoka şəhərindəki Sala Polivalenta arenasında baş tutan yarışda təmsilçimiz Aygün Əsədli 61 kq çəki dərəcəsində bütün bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
10/09 | 20:40 Azərbaycanlı karateçi Rumıniyada keçirilən Avropa çempionatının qalibi olub
10/09 | 18:07 Orxan Aslanov və Lamiyə Vəliyeva “Şöhrət” ordeni ilə təltif ediliblər
10/09 | 11:46 Fərid Qayıbov TDT gənclər və idman nazirlərinin səkkizinci iclasında çıxış edib
10/09 | 10:57 Fərid Qayıbov Qazaxıstanda səfərdə olub
09/09 | 17:54 Azərbaycan Dünya Köçəri Oyunlarında üçüncü medalı qazanıb
09/09 | 12:58 Azərbaycanın sumo güləşçiləri dünya çempionatında üç medal qazanıblar
09/09 | 09:55 Azərbaycan gimnastları San-Marinoda yeddi medal qazanıblar
08/09 | 16:53 Azərbaycanın kamandan oxatanları beynəlxalq turnirdə gümüş medal qazanıblar
07/09 | 22:41 Xetaq Karsanov U-20 dünya çempionatında gümüş medal qazanıb
07/09 | 21:39 Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
07/09 | 21:37 Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
07/09 | 18:34 Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb
07/09 | 18:03 Avropa çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışı 8 medalla birinci pillədə başa vurublar
07/09 | 13:31 Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb
07/09 | 12:31 Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb
06/09 | 17:34 Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu qızıl medal qazanıb
06/09 | 11:14 Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıblar
05/09 | 21:12 Paris-2024: Azərbaycan paraüzgüçüsü bürünc medal qazanıb
05/09 | 18:20 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
04/09 | 21:43 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
04/09 | 19:56 Azərbaycanın paraüzgüçüsü Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb
04/09 | 17:47 Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
04/09 | 17:13 Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub
04/09 | 09:33 Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə yer alıb
04/09 | 09:10 “Paris-2024”: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıdıb
03/09 | 22:27 Paris-2024: Azərbaycan paraatleti yeni dünya rekordu müəyyənləşdirərək qızıl medal qazanıb
03/09 | 21:22 Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal uğrunda yarışacaq
02/09 | 19:29 Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb
02/09 | 13:25 Paris-2024: Azərbaycanın daha bir təmsilçisi paralimpiya çempionu olub
02/09 | 11:28 Stend atıcılığı üzrə Bakı birinciliyi keçirilib
02/09 | 09:13 Paris-2024: Azərbaycanın iki paralimpiyaçısı mübarizə aparacaq
01/09 | 06:11 Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını dörd medalla başa vurublar
31/08 | 19:52 Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
31/08 | 13:48 Mingəçevirdə "Kürü keçək?!" adlı yarış baş tutub
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26
Rəhmanov Cəmaləddin Ələm oğlu
Tarix: 21.07.2010 | Saat: 07:55:00 | E-mail | Çapa göndər

Rəhmanov Cəmaləddin Ələm oğlu 1954-cü ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olub.

1970-ci ildə Lənkəran rayonu Veravul kənd orta məktəbini bitirib. 1970-ci ilin noyabrından 1972-ci ilin sentyabrına qədər Lənkəran rayonunun «Kommunizm» sovxozunda fəhlə işləyib. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinə tətbiqi-riyaziyyat ixtisası üzrə qəbul olunub, 1977-ci ildə həmin institutu bitirib riyaziyyatçı-mühəndis ixtisası alıb. 1977-ci ilin oktyabrından 1978-ci ilin iyul ayına qədər Ümumittifaq Elektrik Maşınqayırma İnstitutunun Bakı filialında mühəndis vəzifəsində işləyib. 1978-ci ilin iyulundan 1997-ci ilin aprelinə qədər Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.

1987-ci ildə «Azərbaycan dili mətninin statistik-distributiv təhlili» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

1997-ci ilin mayından 1997-ci ilin oktyabrına qədər Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda nəşriyyat şöbəsinin müdiri vəzifəsində işləyib.

1997-ci ilin oktyabrından Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə analitik informasiya qrupunun rəhbəri vəzifəsində işə daxil olub, 2000-ci ildən həmin komitədə informasiya, nəşriyyat və Milli Olimpiya Komitələri ilə əlaqələr idarəsinin rəhbəri vəzifəsində çalışır.

1998-ci ilin mayında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin «Olimpiya» jurnalının məsul redaktorudur.

2000-ci ilin dekabrından 2007-ci ilin dekabrına qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elmi Tədqiqat Məhəkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya İnstitutunda əvəzçilik qaydası ilə böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. Məhkəmə fonoskopik, müəllifşünaslıq və linqvistik ekspertiza üzrə ekspertdir.

1999- cu ildən Milli Olimpiya Komitəsinin «Olimp» aylıq bülleteninin redaktoru olub. Olimpiya Hərəkatı ilə bağlı İspaniya, Fransa, Moskva, Keniya, Kuba və Türkiyədə keçirilmiş ümumdünya forumlarının iştirakçısı olub. Sidney -2000, Solt Leyk Siti -2002, Afina-2004, Turin-2006, Vankuver-2010 Olimpiya Oyunlarında jurnalist kimi iştirak edib. Avropa Yeniyetmələrinin Esbyorq-1999 (Danimarka), Mursiya-2001 (İspaniya), Paris-2003 Olimpiya Festivallarında, Yeniyetmələrin ümumdünya Oyunlarında (Moskva-1998) və bir sıra başqa mötəbər tədbirlərdə Milli Olimpiya Komitəsi və «Olimpiya» jurnalı xətti ilə jurnalist kimi iştirak edib.

2005-ci ildə Səudiyyə Ərəbistanında I İslam Həmrəyliyi Oyunlarında müxbir, Avropa Olimpiya Komitəsinin idman jurnalistlər üçün seminarlarının iştirakçısı (1999 - Danimarka, 2001 - İspaniya) olub.

2007-ci ildə «Tərəqqi» medalı ilə təltif olunub. 2007-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin «İdman və Olimpizmin təbliği» mükafatına layiq görülüb. 2010–cü ildə «Azərbaycan Respublikasının Əməkdar jurnalisti» fəxri adına layiq görülüb.

1977-ci ildən mətbuatda müxtəlif mövzularda yazılarla çıxış edir. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür (2001-2004, 2005-2008, 2009-2012). «Azərbaycan Milli Olimpiya Komitəsi 10 il», «Heydər Əliyev və Azərbaycanda Olimpiya Hərəkatı», «Azərbaycan idmançıları XXVII Yay Olimpiya Oyunlarında», «Azərbaycan idmançıları XXVIII Yay Olimpiya Oyunlarında», «Azərbaycan Milli Olimpiya Komitəsi 15 il», «Azərbaycan idmançıları XXIX Yay Olimpiya Oyunlarında» kitablarının müəllifidir. Avropa Olimpiya Komitəsinin orqanı olan «Sport Europe» jurnalında Azərbaycan Olimpiya Hərəkatı haqqında yazısı nəşr olunub. Dilçiliyə və kriminalistikaya aid 8 kitabın, 60-dan çox elmi məqalənin müəllifidir.
2009 və 2010–cu illərdə jurnalistlər arasında keçirilən şahmat turnirlərinin qalibi olub.

Evlidir. Üç övladı var.

Xəbər 4901 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
26.12.2019 Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın təbliğindəki xidmətlərinə görə
19.12.2019 Bağırov Aydın Rövşən oğlu
19.12.2019 Cavadov Rəşad Qəmərşah oğlu
15.12.2017 Şirəliyev Aslan Bəybala oğlu
05.11.2012 Məmmədov Bəxtiyar Miryusif oğlu
05.11.2012 İsmayılov Eldar Xankişi oğlu
19.12.2011 Dünyamalıyev Elsəvər Zeynal oğlu
27.12.2010 Gülməmmədov Tofiq Ataxan oğlu- VƏFAT EDİB
22.12.2009 Fərəcov Əli Yusif oğlu
22.12.2009 Mehdiyev Qabil Sabir oğlu


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru