Topaz Premyer Liqası. VI tur
Bu gün Topaz Premyer Liqasında VI tura start verilib. İdman.com.az saytının məlumatına görə, “Xəzər Lənkəran” – “Bakı” oyunu təxirə salındığından 5 oyundan ibarət turun 2 matçı bu gün keçirilib. Həmin matmlarda cəmi 1 qol vurulduğundan, start qeyri-məhsuldarlığı ilə diqqət çəkib.
Liderlər qrupunda yer alan AzAL və “İnter”in Sumqayıtdakı paytaxt derbisi qolsuz nəticələnib. Bununla da AzAL lider “Simurq”a çatıb.
Digər matçda isə Tovuzda bütün çempionatların iştirakçısı olan 3 komandadan 2-si üzləşib. “Turan” - “Qarabağ” oyununun taleyini son dəqiqələrdə qonaqların kapiutanı Rəşad Sadıqovun penaltidən vurduğu qol həll edib. Bununla da ağdamlılar da xallarının sayını 1-ə çatdıraraq, üçhakimiyyətliyi müəyyənləşdirib. Ancaq “Qarabağ” 1 oyun çox keçirdiyindən 3-cü, AzAL-la “Simurq” isə ilk pillələrdə yer alıb.
Topaz Premyer Liqası. VI tur
23 sentyabr (bazar)
AzAL – “İnter” - 0:0
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Fariz Yusifov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
“Turan” – “Qarabağ” - 0:1
Qol: Rəşad Sadıqov, 88-pen
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
Tovuz şəhər stadionu
|